Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Rusiya Ermənistana “həqiqət daha əzizdir” deməyə məcburdur”


“Rusiya Ermənistana “Sən mənim dostumsan, amma həqiqət daha qiymətlidir, sən başqa torpaqları işğal etmisən” deməyə məcburdur


 Biz anlayırıq ki, Rusiya Ermənistanla dostdur və buna heç kim etiraz etmir. Amma heç kim məşhur aforizmi, “Platon mənə dostdur, amm həqiqət daha əzizdir” deyimini unutmamalıdır”.
 
Publika.az xəbər verir ki, bu barədə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu rus mediasına açıqlamasında deyib. 
 
Səfir bildirib ki, Rusiya bunu Ermənistana açıq deməyəcək, amma regionun inkişafı üçün bu edilməlidir.
 
P. Bülbüloğlu Rusiya-Azərbaycan münasibətlərinə toxunaraq deyib ki, hazırda münasibətlərin yüksək səviyyədə qalması üçün diplomatlar mümkün olan hər şeyi edirlər.
 
“Ukraynada və Yaxın Şərqdə qlobal dünya problemləri olanda bu, RusiyaAzərbaycana da təsir edir. Hər kəs bu gün Yaxın Şərqdə nələrin olduğunu görür, eləcə də Ukraynada. Buna maneə olacaq mexanizmlər yaratmaq lazımdır. Əlbəttə ki, bunlar haqqında Azərbaycanda düşünürlər. Bu gün bir çox ağıllı insanlar etiraf edirlər ki, Ukrayna öz Heydər Əliyevini tapa bilmədi. Yəqin ki, buna görə də hazırda hadisələr neqativ olaraq inkişaf edir. Əgər Heydər Əliyev kimi ümummilli lider olsaydı ölkəni birləşdirə, düzgün qərarlar qəbul edə bilərdi. Necə ki, 1990-cı illərdə oxşar proseslər Azərbaycanda da baş verdi. Yalnız Heydər Əliyev neqativ halların qarşısını kəsə bildi, milləti birləşdirməyi bacardı. Lakin hələ də Dağlıq Qarabağ kimi sağalmaz yara qalır və bu münaqişə qaldıqca regionun ümumi inkişafından danışmaq çətindir”, -deyə səfir vurğulayıb.
 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar