Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Rüşvətə son qoymağı tələb edirəm …” – Ramiz Mehdiyev


İcra başçıları ilə bağlı şok araşdırma: bir çoxu içkiyə meyillidir, bəziləri vaxtını eyş-işrətdə keçirir…


2016-cı ilin son günlərində – dekabrın 26-da Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin icra başçıları, polis rəisləri, prokurorlar və digər vəzifəli şəxslərin iştirakilə keçirdiyi müşavirədən yeni xəbərlər var.

Məlumata görə, qapalı müşavirə kifayət qədər gərgin atmosferdə keçirilib – PA rəhbəri yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinə, xüsusən də məhkəmə sədrlərinə sərt xəbərdarlıq edib. R.Mehdiyev onlardan işə məsuliyyəti artırmağı, rüşvət hallarına son qoymağı, vətəndaşlarla sıx işləməyi, problemləri yerində həll etməyi tələb edib.

Məlumata görə, PA rəhbəri bir neçə icra başçısı və məhkəmə sədrini, o cümlədən Ağcabədi, Suraxanı, Daşkəsən rayonlarının başçılarını, Bakı Apellyasiya Məhkəməsinin sədrini ayağa qaldıraraq, onları şəxsən tənbeh edib, işlərində dönüş yaratmağı tələb edib. R.Mehdiyev Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Əbiyevi əlavə olaraq vaxtının çox hissəsini Bakıda keçirdiyinə görə də danlayıb. Ə.Əbiyev isə bunun qarşılığında “siz də mənim yerimi Bakıya dəyişin” replikasını ataraq, Bakının rayonlarından birində başçı olmaq iddiasını ortaya qoyub.

Müşavirə zamanı yerli başçıların işə münasibəti ilə bağlı daxili araşdırmanın nəticələri də müzakirə olunub. Bu araşdırmaya görə, rayonların baçılarının əksəriyyəti işdə çox az vaxt keçirir, əhali ilə işini düzgün qura bilmir, bir çoxu içkiyə həddən artıq meyillidir, bəziləri isə hətta vaxtını eyş-işrətdə keçirir. Bizə verilən məlumata görə, PA rəhbəri bu kimi hallara son qoymağı, işə məsuliyyətlə yanaşmağı tələb edib, nəticə çıxarmayanlar barəsində sərt ölçü götürüləcəyinə dair xəbərdarlıq edib.

PA rəhbərinin bu xəbərdarlığının ciddi nəticəsi olacaqmı, demək çətindir. Lakin bir məsələ tam aydındır ki, belə tərkibdə icra başçıları ilə əhalinin artan narazılığının qarşısını almaq çox çətin olacaq. Əksəriyyəti tükənmiş, yenilik etmək, dövrün tələblərinə cavab vermək iqtidarında olmayan, tamamilə korrupsiyalaşmış bu heyətlə irəliyə getmək, rüşvət və korrupsiya ilə yerlərdə mübarizə aparmaq, elan olunan islahatları həyata keçirmək mümkün deyil. Çünkü korrupsiya, süründürməçilik, insanların problemlərinə laqeyd münasibət, şəxsi maraqların ön planda tutulması kimi “keyfiyyətlər” cəzasızlıq mühitində bu insanların həyat tərzinə çevrilib. Onu asanlıqla dəyişmək mümkün deyil.(azpolitika.info)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar