Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Rövşən Lənkəranski”nin qardaşı Keşlə gömrük postunu tərk edir




2016-cı ilin avqustunda İstanbulda qətlə yetirilmiş kriminal avtoritet “Rövşən Lənkəranski”nin (Rövşən Canıyev) qardaşı Namiq Canıyev Dövlət Gömrük Komitəsindəki son yerdəyişmələrlə bağlı Keşlə yük stansiyasındakı gömrük postunun rəisi vəzifəsini yaxın günlərdə tərk edəcək


Virtualaz.org xəbər verir ki, bu barədə “Sputnik” agentliyi Canıyevə yaxın qaynaqlara istinadən bildirir. Məlumata görə ona yeni vəzifə təklif olunub, amma gömrük polkovniki rütbəsi daşıyan Canıyevin hansı vəzifəyə təyin olunacağı haqda hələ məlum deyil.

Agentlik “Canıyevə yaxın mənbələrə” istinadən onu da bildirir ki, Namiq Canıyevin Rusiyanın Sankt-Peterburq şəhərində araşdırılan səs-küylü qətl hadisəsi ilə bağlılığı yoxdur. Onun ötən il Sankt-Peterburqda “Lotu Quli”nin adamı Cabir Həsənovu güllələyən və hazırda axtarışda olan killer Camal Həsənova sifariş vermədiyi bildirilir.

Xatırladaq ki, bu səs-küylü qətl işi üzrə bu günlərdə Rusiya mətbuatı yazıb.

Killerin Bakıdan Namiq Canıyevin sifarişi ilə getdiyi iddia olunub. Həmin Camal Həsənov ötən ilin sonlarında İstanbulda Namiq Canıyevlə birlikdə saxlanılmışdı və daha sonra azadlığa buraxılmışdı.


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar