Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Romanlara vergi qoyulsun, canımız qurtarsın”


“Vergilər Nazirliyinin şairlərdən vergi verməyi tələb etmək təklifinə müsbət yanaşıram. Onsuz da vergi verilmiş şairlər öz vergilərinin haqqını gözəl əsərləri ilə Vergilər Nazirliyinə deyil, vergini verən mənbəyə ya sağlığında, ya da dünyasını dəyişəndən sonra qaytaracaqlar”


Bu sözləri millət vəkili Fazil Mustafa şairlərdən vergi tutulması haqda məsələyə münasibət bildirərkən sarkazmla söyləyib. 

O, bunun istedadsız şair və yazarların əsərlərindən xilas olmaq üçün bir vasitə olduğunu deyib:

"Burada vergisiz şairlərin vergi ödəməsindən söhbət gedir ki, bu da külli miqdarda dövlət büdcəsinə çatacaq vəsait deməkdir. Ancaq ümumi şəkildə "yazar" sözünü işlətmək daha doğru olardı. Deyək ki, yüzlərlə vergisiz şairdən canımız dincəldi, bəs bu vergisiz nasirlərlə necə baş edəcəyik? Dərd burasındadır ki, bu vergisiz yazarların çoxu hekayə də yazmır, qələmi götürən kimi roman yazır. Bu kitabların heç olmasa, çəkisinə vergi qoymaq lazımdır ki, adamlar romandan əl çəkib hekayəyə baş vursunlar.

Bunların içində dramaturqları da nəzərə almaq lazımdır. Vergisiz dramaturqun söz yığınını əzbərləməkdən təngə gələn aktyorların canını da bəlkə bu yürüdülən vergi siyasəti qurtara bilər".

Qeyd edək ki, Vergilər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Şahin Məmmədov açıqlamasında şairlərin vergi ödəməli olduğunu deyib. (kult.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Payızda istilik qiymətləri bahalaşacaq? - Rəsmi açıqlama

Ötən ay ən çox şikayət olunan bank “Bank of Baku” olub – AMB

Şirvanda görkəmli akademik Zərifə xanım Əliyevanın anım gününə həsr olunmuş tədbir keçirilib

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək? – 14 min pul xərcləyəcək

İsrail ordusunun Baş Qərargah rəisi: İranın hücumuna cavab veriləcək

Ən çox oxunanalar