Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Rəsmi Yerevanın bu siyasəti müsbət irəlləyişə mane olmaqdır”

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə yazır


Ermənistan işğal olunmuş Azərbaycan ərazilərində tikinti və məskunlaşma siyasətini bu il daha da genişləndirməyi planlayıb. 

Bu il ərzində işğal olunmuş ərazilərdə 6 su elektirik stansiyasının tikintisi, balıqçılıq təsərrüfatının yaradılması, turizm və digər iaşə obyektlərinin tikintisi üçün 100 milyon dollar vəsait  ayrılacağı qeyd edilir. 

Ağdərə rayonun Sərsəng-Madagiz bölgəsində əsasən balıqçılıq təsərrüfatı və hidroelektrik stansiya və turizm obyektlərinin tikintisi nəzərdə tutulub. Rəsmi Yerevanın bu siyasəti Qarabağ danışıqları sürəcinə zərbə vurmaq və müsbət irəlləyişə mane olmaqdır. 

Göründüyü kimi işğalçı ölkənin bu davranışları bütövlükdə diplomatik danışıqları fiaskoya uğradır. Rəsmi Bakı Ermənistanın məskunlaşma və tikinti siyasəti ilə bağlı Minsk qrupu həmsədr ölkələri məlumatlandırmalı və təzyiq siyasətinə keçməlidir. 

Azərbaycan İlk növbədə birtərəfli olaraq danışıqları dayandırmalı, işğalçıya hərbi təzyiqlərə başlamalıdır. Ermənistan rəhbərliyinin hazırkı siyasəti heçdə danışıqların müsbət irəlləməsinə zəmin yaratmır. Yenidən işğalçı ölkəyə  güc tətbiqinə başlanmalıdır. 

Ermənistan hakimiyyətində struktur islahatlar və parlament respublikasının yaradılması Sarkisyan rejiminə Qarabağ danışıqlarında güzəştə getməmək və yekdil qərarla status-kvonu qorumağa əlavə siyasi divident verəcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar