Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Rəşt-Astara dəmir yolunun təkmilləşməsi 4 ilə yekunlaşacaq“


"Şimal-Cənub və Cənub-Qərb dəhlizlərinin hər ikisində çatışmayan hissə Rəşt-Astara dəmir yolu xəttidir. Bu layihənin təkmilləşməsi ilə Hindistan, İran, Azərbaycan, Gürcüstan və Ukraynaya tranzit yol təkmilləşəcək və bu, çox önəmlidir"


Bunu APA-nın Tehran bürosuna eksklüziv açıqlamasında İran İslam Respublikasının  Dəmir Yolları İdarəsinin rəhbəri Səid Məhəmmədzadə deyib.
 
İdarə rəisi bildirib ki, proqnozlara görə, Rəşt-Astara dəmir yolu xətti istifadəyə veriləndən sonra yaxın 4 il ərzində 2 milyon ton yükün daşınması mümkün olacaq: "Əlbəttə ehtimal olunur ki, bu dəmir yolu xətti ilə daşınacaq yükün həcmi daha da çox olsun".

S. Məhəmmədzadə deyib ki, Rəşt-Astara dəmir yolunun icrası layihəsi İran prezidentinin xüsusi nəzarətindədir: "Azərbaycan Respublikası ilə əldə etdiyimiz razılığa əsasən, bu layihəyə İranAzərbaycan birgə sərmayə yatıracaq. Qanuni və hüquqi aspektlərlə bağlı razılıq əldə olunub. Ümid edirik ki, layihənin icrası ilə Xəzər dənizinin qərbində  Şimal-Cənub dəmir yolu xətti Azərbaycan, Gürcüstan, Ukrayna və Avropaya birləşəcək”.
 
S. Məhəmmədzadə deyib ki, Rəşt-Astara dəmir yolu xəttinin təkmilləşməsi üçün görüləcək işlərin qrafiki hazırlanacaq: “Dəmir yolu xəttinin uzunluğu 200 kilometrdən azdır. Azərbaycanİranın birgə koordinasiyalı işi nəticəsində layihə daha az zamanda təkmilləşəcək və 4 ildən az bir vaxtda yekunlaşacaq".


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

Ən çox oxunanalar