Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Reina” terrorçusunun evindən nələr çıxdı? - Video


İstanbulun “Reina” gecə klubunda qətliam törədən terrorçunun yaxalanmasının təfərrüatı məlum olub


 Lent.az-ın sozcu.com.tr-yə istinadən xəbər verir ki, bu barədə İstanbulun valisi Vasip Şahin açıqlama verib.
  
Valinin sözlərinə görə, terrorçu İstanbulun Əsənyurt məhəlləsində ələ keçirilib. Onun əsl adı Əbdülqadir Maşaripovdur. Ləqəbi isə Əbu Məhəmməd Xorasanidir. 1983-cü ildə Özbəkistanda doğulan terrorçu Əfqanıstanda təlim görüb.
 
Vali bildirib ki, terrorçu 4 dil bilən xüsusi yetişdirilmiş biridir. Əməliyyat zamanı onunla bərabər 1 iraqlı kişi və müxtəlif millətlərdən olan 3 qadın da saxlanılıb. Terrorçunun ələ keçdiyi evdə 197 min dollar, 2 tapança tapılıb və 2 dron aşkarlanıb.
 
Vali Vasib Şahin əməliyyatın necə keçirildiyini də açıqlayıb. Belə ki, onun sözlərinə görə, terrorçunun gizləndiyi ehtimal edilən 5 ünvana əməliyyat keçirilib. Və həmin ünvanlardan birində “Reina” qatili yaxalanıb. Polis cinayətkarı canlı ələ keçirmək istəyib. Qarşı tərəf də silahlı müqavimət göstərmədiyi üçün terrorçu canlı ələ keçib. Yaxalanan anda uşağı yanında olmayıb.
 
O da bildirilir ki, terrorçunun ələ keçirilməsində arvadından alınan məlumatların da köməyi olub.
 
***
İstanbulda yeni il gecəsini qana boyayaraq 39 nəfərin ölümünə, 71 nəfərin isə yaralanmasına səbəb olan Reina terrorçusu Abdulkadir Maşaripovla birlikdə 3-ü qadın olmaqla daha 4 nəfər yaxalanıb.
 
Lent.az-ın sozcu.com.tr-ə istinadən xəbərinə görə, 16 günlük təqibdən sonra yaxalanan terrorçunun yanında 4 yaşında oğlu da olub. Terrorçu saxlandığı evə 3 gün əvvəl gəlib. 
 
Özbək əsilli Abdulkadir Maşaripovun yaxalanması üçün indiyədək polis 50-dək ünvana basqın düzənləyib.
 
Basqınlarda 35 şübhəli yaxalansa da, Reina terrorçusu yaxalanmamışdı. Maşaripovun həyat yoldaşı isə yaşyarımlıq qızı ilə birlikdə yanvarın 12-də Maltəpədə həyata keçirilən əməliyyat zamanı yaxalanmışdı.
 
Əməliyyatla bağlı rəsmi açıqlama yerli vaxtla 10:30-da İstanbul valisi Vasip Şahin və polis rəisi Mustafa Çalışkan tərəfindən veriləcək. 
 
***
Türkiyənin İstanbul şəhərində yanvarın 1-ə keçən gecə terror aktı törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
 
APA-nın “Milliyet”-ə istinadən verdiyi xəbərə görə, "Əbu Məhəmməd Xorasani" kod adlı Abdulkadir Maşaripov  əməliyyat-axtarış tədbirləri nəticəsində Esenyurt rayonunda yaxalanıb. Onunla birgə daha 3 nəfər tutulub.
 
Məlumata görə, səhər saatlarında  terrorçunun yaxalanması ilə əlaqədar rəsmi açıqlama veriləcək.
 
Qeyd edək ki, Yeni il gecəsi naməlum şəxsin İstanbulun Ortaköy rayonunda yerləşən “Reina” gecə klubuna etdiyi hücum nəticəsində 39 nəfər ölüb, 69 nəfər yaralanıb. İki gün sonra məlum olub ki, hadisəni törədən şəxs  ötən ilin noyabr ayında ailəsi ilə birlikdə Konyaya gəlib. Hücuma görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.



pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar