Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Reina“ terrorçusu polislərə “Mətbəxdə girovlar var” deyərək qaçıb

İstanbuldakı “Reina” gecə klubunu qana qərq edən terroristlə bağlı yeni məlumatlar ortaya çıxıb


Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, terrorçu içəridə əynini dəyişəndən sonra ilk qrupla bayıra çıxıb, hadisədən dərhal sonra hadisə yerinə gələn xüsusi təyinatlı polislərə “mətbəxdə girovlar var” deyərək oradan uzaqlaşıb. 

Saat 01.15 radələrində “Reina”ya gələn terrorçu avtomatik silahla atəş açaraq içəriyə girib. 39 nəfəri öldürən, 65 nəfəri də yaralayan terrorçu ətrafdakı polislər və xüsusi təyinatlı polislərin hadisə yerinə gəlməsindən sonra bayıra çıxan ilk qrupun arasında qarışıb. 

Çantasını və silahını atıb, əynindəki gödəkçəni çıxaran terrorçu əyləncə məkanından bayıra çıxmağa çalışan ilk 10 nəfərlik qrupun arasına qarışıb. Özünü terrordan qurtulan müştərilərdən biri kimi aparan cani iz azdırmaq üçün “Mətbəxdə girovlar var” deyib. O anda əynində köynək olduğu anlaşılan terrorçu xüsusi təyinatlı polis tərəfindən hadisə yerindən uzaqlaşdırılıb. 

Terrorçunun içəridə olduğunu düşünən polislər “təslim ol” çağırışı edərək, əyləncə məkanına girib. Qarışıqlıqdan yararlanan terrorçu iki ayrı taksi dəyişərək, hadisə yerindən qaçmağı bacarıb və gəldiyi Zeytinburnuna geri qayıdıb. Araşdırmalar sübut edib ki, terrorçu qətliamı gerçəkləşdirdiyi məkanda hərəkət halında olarkən əynini dəyişib.

180 mərmidən istifadə edən qatilin silahında aparılan araşdırma zamanı isə orada cəmi bir mərmi qaldığı aydın olub. Polis hücumdan öncə ikinci bir adamın araşdırma aparmaq üçün “Reina”ya girdiyini müəyyənləşdirib. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar