Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Rəfsəncanisiz Ruhaninin işi çətin olacaq”


"Əli Əkbər Haşimi Rəfsəncaninin vəfat etməsi İran İslam Respublikasının tarixində böyük dönüş nöqtəsidir"


PİA.AZ xəbər verir ki, bu fikirləri azvision.az-a açıqlamasında İranın Azərbaycandakı sabiq səfiri Əfşar Süleymani deyib. Keçmiş səfir bildirib:

"Cənab Rəfsəncani inqlabdan öncə şah əleyhinə çıxanların öncüllərindən olub. Eyni zamanda o, İran İslam Respublikasının qurucularından biri olub. Onun 1980-1989-cu illərdə İslam Məşvərət Məclisinə və 1989-1997-ci illərdə ölkəyə rəhbərlik etməsi İranın həyatında böyük dəyişikliklərə gətirib çıxarıb. Bəzən Rəfsəncani ilə Məclis arasında ixtilaflar çıxırdı. Bunu önləmək üçün Məclisi Nigehban, yəni Şura yaratdı və problemləri bu vasitə ilə həll edirdi. Rəfsəncani eyni zamanda vəfatına qədər, yəni 29 il bu təşkilata rəhbərlik edib. 1980-1988-ci illər ərzində baş verən İran-İraq müharibəsində Rəfsəncanin böyük xidmətləri olub. Bu dövrdə o, ali baş komandanın əvəzedicisi olub. 

Rəfsəncani İranda solçularla sağçılar arasında ixtilaf olanda böyük siyasi şəxsiyyət kimi öz mövqeyini ortaya qoyaraq məsələni həll edib. Özəlliklə İranın hazırkı prezidenti Həsən Ruhaninin dövründə belə məsələlərin yoluna qoyulmasında təsiri böyük olub. Çünki xalq arasında böyük nüfuzu olan Rəfsəncani seçkilərdə Ruhanini dəstəkləmişdi və bu, onun prezident seçilməsində böyük rol oynadı. Bundan başqa, nüvə danışıqlarında Rəfsəncaninin təsiri böyük olub. Ümumilkdə isə Rəfsəncani vəfatına qədər İranın daxili və xarici siyasətinin formalaşmasında böyük xidmətlər göstərib".

Əfşar Süleymani hesab edir ki, Rəfsəncaninin ölümü İranın daxili və xarici siyasətinə böyük ölçüdə təsir göstərəcək. "Çünki onun İran dövlətinin idarə olunmasında təsiri böyük idi. İranda Rəfsəncaninin yerini tuta biləcək şəxsiyyət yoxdur. Hesab edirəm ki, onun boşluğu görünəcək. Ən azından, mən fikirləşə bilmirəm ki, onun boşluğunu kim dolduracaq. Bu baxımdan Rəfsəncanisiz Ruhaninin işi çətin olacaq. Demək olar ki, Ruhani Rəfsəncaninin şagirdi kimi onun məktəbində böyüyüb". 

Sabiq səfir qeyd edib ki, İran-Azərbaycan əlaqələrinin təməli Rəfsəncanin prezidentliyi dövründə qoyulub: "Azərbaycan müstəqillik əldə etdikdən sonra İranla münasibətlərin formalaşması prosesində aktiv iştirak edib. Məlum olduğu kimi, İran-Azərbaycan əlaqələrinin təməli Rəfsəncaninin prezidentliyi dövrünə təsadüf edir. Azərbaycanın müstəqilliyinin ilk illərində iki ölkə arasında münasibətlər o qədər də isti deyildi. Heydər Əliyevin Azərbaycana rəhbərlik etməsindən sonra İran-Azərbaycan əlaqələri inkişaf etməyə başladı. Yəni, Heydər Əliyevin hakimiyyətə gəlişi ilə vəziyyət dəyişdi. Mərhum Heydər Əliyev Naxçıvan Ali Sovetinin sədri olarkən iki dəfə İrana səfər edib. Bu səfərlər zamanı edilən müzakirələrdə iştirak etmişəm. Görüşləri koordinasiya edən, sənədləri hazırlayan, bəzən tərcüməçilik edən mən idim. 

Daha sonra Rəfsəncani Heydər Əliyevin dəvəti ilə Azərbaycan səfərə gəlmişdi. Bu səfər zamanı 14 sənəd imzalanmışdı. İran-Azərbaycan əlaqələrinin əsası iki prezidentin dövründə qoyulub. Bu gün də əlaqələrimiz inkişaf edir". 

Xatırladaq ki, yanvarın 8-də vəfat edən İranın sabiq prezidenti Ayətullah Əli Əkbər Haşimi Rəfsəncani ötən gün dəfn edilib. Bununla əlaqədar Tehranda sabiq prezidentlə vida mərasimi keçirilib. Mərasimdə İran prezidenti Həsən Ruhani və digər rəsmi şəxslər iştirak ediblər. İranda, həmçinin sabiq prezidentin vəfatı ilə əlaqədar 3 günlük matəm elan edilib.

Qeyd edək ki, Rəfsəncani 1934-ci ildə İranın Kirman vilayətində, Rəfsəncanda kəndli ailəsində dünyaya gəlib. 1948-ci ildə Qum şəhərində dini təhsil alıb. Burada o, dini təhsillə bərabər, siyasi dünya görüşünü artırıb. 1958-ci ildən dini lider Ruhulla Xomeyninin müridi olub. O da Xomeyni kimi mühafizəkar mövqe tutub və Rza Şah Pəhləvinin müasirlik siyasətinə qarşı çıxıb. Xomeyni 1964-cü ildə ölkədən qovulub. Bu hadisədən İslam inqilabına qədər keçən 15 il ərzində Rəfsancani 5 dəfə həbs edilib.

1979-cu il inqilabından nəticəsində şah devrilib və Xomeyni ölkəyə qayıdıb, Rəfsəncani isə onun ən yaxın adamlarından birinə çevrilib, İslam Partiyasının qurulmasında yaxından iştirak edib. 

1979-1980-ci illərdə daxili işlər naziri olub. 1980-ci ildə ona qarşı olan sui-qəsd uğursuzluqla nəticələnib. Rəfsəncani 1980-1989-cu illərdə İslam Məşvərət Şurasıda Məclisin sədri olub. 1989-1997-ci illərdə isə İranın prezidenti olub. 2005-ci ildə İranda keçirilən prezident seçkilərində isə Mahmud Əhmədinecəd məğlub olub. 

Rəfsəncaninin 5 övladı - 3 oğlu və 2 qızı yadigar qalıb. Qızı hazırda Məclis üzvüdür.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar