Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Referendumun şəffaf keçirilməsi üçün çox iş görülüb”


Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Referendumu Dəyərləndirmə Missiyası Azərbaycanda keçirilən referendumda səsvermə prosesini müşahidə edir


Teleqraf.com-un məlumatına görə, AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak 29 saylı Səbail rayon seçki dairəsinin 4 saylı və 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 23 saylı seçki məntəqələrində olub. 

Həmməruzəçi seçici siyahılarına nəzər salıb, səsvermə prosesini müşahidə edib, yerli müşahidəçilərin fikirlərini öyrənib.

Avropa Şurası Parlament Assambleyasının Referendumu Dəyərləndirmə Missiyasının üzvü jurnalistlərə deyib ki, məntəqələr açıldığı vaxtdan səs vermək üçün növbədə çoxlu seçici dayanıb. Səsvermədə iştirak edənlər arasında qadınlar üstünlük təşkil edir.

Stefan Şennak, həmçinin Bakının mərkəzində yerləşən məntəqələrdə olduqlarını, səsvermə prosesinin çox yaxşı təşkil edildiyini, gün ərzində paytaxtdan kənardakı məntəqələrdə də müşahidə aparacaqlarını bildirib:

“Referendumun şəffaf və demokratik keçirilməsi üçün çox iş görülüb. Səsvermə prosesi normal gedir. İnsanlar sərbəst seçim edirlər. Səsverməni xeyli sayda müşahidəçi izləyir. Məntəqələrdə veb-kameralar quraşdırılıb. Bütün bunlar səsvermənin şəffaf və demokratik keçməsini şərtləndirən amillərdir”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar