Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Rauf Arifoğlu İlham Əliyevlə barışdı”


Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər Rauf Arifoğlunun prezident tərəfindən təltif olunmasına münasibət bildirib.


“Gənc dostlarımızdan Turxan Qarışqa mənə belə bir sualla müraciət edib. “İsa bəy, gözlər həm də sizdədir. Rauf Arifoglunun partiyadan istefası və sizin rəqibiniz olan İlham Əliyevdən mükafat alması haqda nə deyə bilərsiz? Günün ən çox müzakirə olunan məsələsidir”

Turxan bəy, məncə proses kifayət qədər şəffaf gedib və Rauf Arifoğlu öz mövqeyini, qərarlarını dəfələrlə aydın şəkildə ifadə edib, xüsusən də partiyadan çıxmasını ətraflı izah edib. Sizin suallara da Rauf bəyin cavabları ortadadır. Suallarınıza İlham Əliyevdən də cavab ala bilsəydiniz mənzərə tamamlanardı.

Rauf Arifoğlunun İlham Əliyevdən mükafat alması (İlham Əliyevin Rauf Arifoğluna mükafat verməsi) bu iki şəxsin barışığı kimi qiymətləndirilə bilər. Şəxslərin barışına bir söz deyilməz, amma İlham Əliyevlə barışmaq rejimlə barışmaq deməkdir. 

Və bu şəraitdə Rauf Arifoğlunun Müsavatdan çıxması məntiqli addımdır, çünki biz müsavatçılar hesab edirik ki, rejimlə barışmaq vətənimizin, xalqımızın sərvətlərinin oğurlanması ilə, insanlarımızın azadlıqlarının məhdudlaşdırılması ilə, ölkəmizdəki korrupsiya və rüşvətxorluqla, haqsızlıq və ədalətsizliklə, yüzlərlə siyasi məhbusun və girovun olması ilə barışmaq deməkdir. 

Müsavatçılar üçün bu mümkün deyil".

***

Eks başqanın fikirlərinə Rauf Arifoğlu münasibət bildirib. O qeyd edib ki, ad alması münasibətilə ona gələn təbrik zəngləri və mesajları yüzlərlə yox, minlərlədir: “Onların içərisində Arif Hacılı və İsa Qəmbərin təbrikləri yoxdur. Hələ vaxta var, bəlkə də təbrik edəcəklər. Etməsələr də, canları sağ olsun. Əminəm ki, İsa Qəmbər, ya da Arif Hacılı prezident olsaydılar, onlar da mənə qəzetçiliyin "usta" titulu hesab olunan əməkdar jurnalist adını verəcəkdilər. İndi bunu onların əvəzindən İlham Əliyev edib. İqtidar olaydılar, edəydilər... Bir Allah şahiddir ki, İsa Qəmbərin prezident olması üçün yalnız onun özü ilə müqayisə oluna biləcək bir fəaliyyət göstərdim. 1993- 2013! 20 il. 2 dəfə də türmə yatmışam. Yeri gəlmişkən, indi mənimlə bu qədər "maraqlananlar", hər addımımı izləyənlər mən türmədə yatan zamanlar ortada qalmış 3 uşağımla, ailəmlə heç maraqlanmadılar. Həbsdə olduğum 17 ay ərzində partiyanın indi "önəmli liderləri" olanlar bir dəfə qapımı açmadılar, bir dəfə də uşaqlarımla, valideynlərimlə görüşmədilər, ilgilənmədilər. Bunca vəfasızlığı mən etməzdim, yenə də etməm. Ad çəkib, irad da bildirib, utandırmaq istəmədim, birilərini”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar