Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Rasim Balayev 1300 manat təqaüd alır...” - İttifaqdan açıqlama


Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı xalq artisti Rasim Balayevlə bağlı açıqlama yayıb


Qurumdan qafqazinfo-ya daxil olan açıqlamada mətbuat xidmətinin rəhbəri Əli Vəliyev bildirib ki, R.Balayev Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü deyil: 

"O, rəhbəri Rüstəm İbrahimbəyov olan ittifaqın üzvü, eyni zamanda, katibidir,  hazırda da o vəzifəni daşıyır. Amma buna baxmayaraq, Rasim Balayevin vəziyyətinin ağır olduğu barədə xəbər tutduqdan sonra İttifaqının sədri şəxsən Şəfiqə Məmmədovanın göstərişi ilə onunla əlaqə saxlanılıb, vəziyyəti ilə maraqlanılıb. Ona "nə köməklik lazımdır edə bilərik" deyilib. Lakin xalq artisti Rasim Balayev bildirib ki, "Jurnalistlər mənim haqqımda tamamilə yalan məlumat verib. Mənim vəziyyətim əladır, heç bir köməyə ehtiyacım yoxdur"".
 
İttifaqın açıqlamasında o da qeyd edilib ki, R.Balayev ayda 1300 manat prezident təqaüdü, 1000 manat şəxsi pensiyasını, xalq artisti adına görə 100 manat, orden və medallarına görə də müəyyən ödənişlər alır: "Bundan əlavə reklam və seriallara da çəkilir və özünün də dediyi kimi istədiyi qonorarı ala bilir. Buna baxmayaraq, Rasim Balayev istənilən vaxt qurumumuza müraciət edərsə, ona köməkilk göstərməyə hazırıq. Şəfiqə Məmmədovanın dediyi kimi, "çünki o, Rasim Balayevdir"".

Xatırladaq ki, bu günlərdə R.Balayev "Respublika Kinematoqrafçılar İttifaqından sizinlə maraqlanan olubmu" sualına "Yox... istəmirəm də" deyə cavab verib. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar