Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Rabitə işi” məhkəməsində sensasion gəlişmə


“Aztelekom”un sabiq rəisi azadlığa çıxır


Hakim partiyada NTK sədri olmuş “Aztelekom”un sabiq rəisi Məhəmməd Məmmədovun dövlətə vurduğu zərəri ödədiyi deyilir; istintaqda kimin adını çəkmişdi?


Eldar Mahmudovun MTN-dəki mütəşəkkil cinayətkar qruplaşmasının sıradan çıxarılmasından sonra bu çetenin Rabitə və Yüksək Texnologiyalar Nazirliyində olan bir sıra yüksək vəzifəli şəxsləri, idarə və müəssisə rəhbərləri də həbs edildi. Hazırda həmin şəxslərin mediada “Rabitə işi” kimi tanınan məhkəməsi davam edir.


Məhkəmədə dövlət əmlakının necə talanması üzə çıxsa da, belə görünür ki, iqtidar dövlət zərərini qaytaranlarla yumşaq davranmaqda qərarlıdır. Çünki ötən ilin oktyabr ayının 6-da “MTN işi” çərçivəsində həbs edilən Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin Nizami Rayon Telefon Qovşağının sabiq rəisi Fətulla Seyidov və həmin birliyin baş mühasibi Rəşad Məmmədov azadlığa buraxılıblar.


Məhkəmənin hökmü ilə F.Seyidov və R.Məmmədov barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi (şərti məhkum etmə) tətbiq olunaraq, onlara şərti cəza verilib. Hər iki şəxs məhkəmə zalından azadlığa buraxılıb. Bildirilirdi ki, onlar dövlətə vurduqları zərəri ödədikləri üçün azadlığa buraxılıblar.


Gununsesi.info yaxın zamanlarda daha bir rabitəçinin azadlığa çıxacağı xəbərini yazıb. Bildirilir ki, bu, “Aztelekom”un sabiq rəisi Məhəmməd Məmmədovdur. Məlumata görə, Məhəmməd Məmmədov istintaq dövründə dövlətə vurduğu zərəri ödəyib. Bu məbləğ 4 milyon 400 min manat təşkil edib. Zərəri ödəyən sabiq rəisin əmlakları üzərində qoyulan həbslər də götürülüb. Mənbə M.Məmmədovun yaxın zamanlarda azadlığa buraxılacağını deyir.



“Aztelekom” MMC-nin baş direktoru Məhəmməd Məmmədov barəsində həbs-qətimkan tədbiri 2015-ci ilin noyabr ayının 17-də seçilib. M. Məmmədov Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.


M.Məmmədov həbs edilərkən YAP Mərkəzi Nəzarət Təftiş Komissiyasının (MNTK) sədri idi. Yalnız bir neçə ay sonra M. Məmmədov partiyadakı vəzifəsindən azad olundu. YAP mətbuat xidmətindən yayılan məlumatda deyilirdi ki, M.Məmmədov yoxlamaların və istintaqın başlaması ilə əlaqədar YAP strukturlarında tutduğu vəzifədən azad olunmaq barədə ərizə ilə müraciət edib. “Hazırda o, Mərkəzi Nəzarət - Təftiş Komissiyasının sədri vəzifəsini daşımır”deyə, xəbərdə bildirilirdi. 
M.Məmmədov 1957-ci ildə may ayının 9-da Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərinin Bulqan kəndində anadan olub. 1979-cu ildə Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutunun Elektrotexnika fakültəsini “Avtomatik elektrik rabitəsi” ixtisası üzrə bitirib.




Həmin ildən rabitə sahəsində çalışan M.Ə. Məmmədov elekrtik mexaniki vəzifəsindən başlayaraq mühəndis, böyük mühəndis, stansiya xidmətinin rəisi, Telefon Qovşağının baş mühəndisi, Layihə-Axtarış Kontorunun rəisi, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş mühəndisi və rəisi vəzifələrində işləyib. 2004-cü ildə “Aztelekom” İB-in baş direktoru təyin edilib.


M.Məmmədov istintaqa verdiyi ifadəsində bildirib ki, “Aztelekom”a nazir müavinləri İltimas Məmmədov və Elmir Vəlizadə, aparat rəhbəri Vidadi Zeynalov nəzarət edib.


M.Məmmədov 2009-2013-cü illərdə İB baş mühasibi hər ay V.Zeynalova 500 min manat, 2014-2015-ci illərdə isə aylıq 200 min manat verib. “Aztelekom”un sabiq rəhbəri deyib ki, nazirliyin digər struktur qurumlarının rəhbərləri Vidadi Zeynalova aylıq verirmiş.


Məhkəmədə o da məlum olmuşdu ki, M. Məmmədov işlədiyi dövrdə külli miqdarda kredit götürüb. M.Məmmədov bunu təsdiq edərək kreditin yeni layihələrə xərcləndiyini deyib. Bildirib ki, krediti götürəndə nazirlik ona zəmanət məktubu verib.
M.Məmmədovun V. Zeynalovu “satması” məhkəmədə aparat rəhbərinin vəkillərinin etirazına səbəb olmuşdu. “Aztelekom” rəhbəri isə “orada Vidadi yox, başqası olsaydı, onun adı çəkəcəkdim” demişdi. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar