Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qurd ola bilmədik, qoyun kimi yaşayaq...”

Neyləmək olar? Bəxtəvərlik də gəlmir-gəlmir, gələndə də durub lap birdən, sanki qəfil zəng kimi gəlir... Adam az qalır, lap ağlını itirsin - bəxtəvərliyin xoş tərəfi kimi, bu tərəfi də vardır... Elə bil dəhşətli dərəcədə soyuq qışdan mülayim yaya düşürsən, sümüklərin qızır, ağzını açıb ürəkdolusu əsnəyir və tər-təmiz havanı ciyərlərinə çəkirsən...


Qərəz, nə başınızı ağrıdım, şanlı referendumun sonuncu bülleteni qutuya atılıb-atılmamış həm hakimiyyət, həm də müxalifət adamları qayıtdılar ki, bu vaxta qədər səbr etmisiniz, bir azacıq da səbr edin, bəs ölkəni yaxın vaxtlarda çox böyük və ciddi dəyişikliklər gözləyir... 

Bunun üçün hakimiyyət adamları qapı-bacaları vurub evlərimizdə sakitcə oturub gözləməyi, müxalifətçilər isə yorğan - döşəklərimizi də özümüzlə götürüb onların mitinqinə yollanmağı tövsiyə etdilər...

Amma mən heç birinə, nə buna, nə də ona inanmıram. Hər şeydən əvvəl bu hakimiyyətə inanmıram. Ona görə ki, indi nə 1993-cü ildir, nə də mən o vaxtkı sadəlövh və enerjili gəncəm. Artıq yaşlı adamam, yalanlardan da az-çox baş çıxara bilirəm. Çox gözəl bilirəm ki, ölkə hara gedir. 

Sadəcə, bu haqda heç kim ucadan danışmağı sevmir, hamı özünü elə göstərir ki, sanki bu ölkədə yaşananların və baş verənlərin onlara heç bir dəxli yoxdur. Həm də bizim bu hakimiyyət adamlarına elə gəlir ki, diskussiya, müzakirə yoxdursa, siyasətdə polifonizm qeybə çəkilibsə, hər bir şeyi deyə bilərlər. O gün baxıram, telekanalların birində jurnalist deyir ki, ABŞ-da son bir neçə ildə polislə qarşıdurmada ölən qaradərililərin sayı Suriyada son bir neçə ildə ölənlərin sayından da çoxdur... 

Nə deyə bilərik bu konteksdə? Heç nə!. Gəlin, bircə anlığa susaq və bunu həqiqətə yas saxlamaq üçün edək, çünki həqiqət bu ölkədə lap çoxdan, ən azı düz iyirmi üç il bundan əvvəl ölüb...

“Susaq” dedim, bir məsələ də yadıma düşdü. Bəs total zor və yalan mühitində insanlığımızı necə saxlayaq? Bilirsinizmi, zorla və yalanla hesablaşmaq olar və buna görə adamı çox da qınamazlar. Gücümüz çatmır də! Nə edə bilərik?.. 

Amma hamımız bir şeyi edə bilərik. Zora yarınmağa və yardımçı olmağa, ona dəstək verməyə çalışmayaq. Heç olmasa, bunu edək... Bu, elə də çətin məsələ deyildir. Əslinə qalsa, çətindi, özü də çox çətindi. Başıaşağı cəmiyyətdən, hər şeylə razılaşan çoxluqdan - toplumdan təcrid olursan, bütün karyeranın, perspektivinin üstündən xətt çəkilir, öz vətənində lap dönüb əcnəbi olursan. 

Hərçənd, burada əcnəbi sözü də yaramır. Ona görə ki, əcnəbinin haradasa normal həyatı var, elə burada da onunla bir azca hesablaşır və çəkinirlər. Bizisə heç həşərat (sözə görə üzr istəyir və qınamamağınızı rica edirəm!) yerinə qoymurlar...  

Amma nə etmək olar? Ən azı bu yolla insanlığımızı azca da olsa, qoruyub saxlaya bilərik. Bilirəm, əksəriyyət qayıdacaq ki, nəyimizə lazımdır bu cür insanlıq?.. Burada bir lətifə yadıma düşür. Bəli, İvanı komsomola qəbul edirlər. Deyirlər ki, əsl komsomolçu içməməli və çəkməməli, şəxsi həyatından daha çox partiya və cəmiyyət haqqında düşünməlidir. Axırda da qayıdırlar ki, Vanya, sən həyatını partiya və vətən uğrunda qurban verərsənmi? İvan dərhal, düşünmədən cavab verir ki, əlbəttə də verərəm, belə bir həyat mənim nəyimə lazımdır ki?..

İndi bizim də hər birimiz həyatımızı çiçəklənən monarxiya uğrunda, Qafqazın lider dövləti naminə qurban verməyə hazırıq, çünki yumşaqca desək, bu həyat nəyimizə lazımdır? Amma bizə hətta bu şansı verən də yoxdur... 

Daha bir detal yadıma düşür. Bir ziyalımız bir dəfə çox gözəl demişdi. Bəli, demişdi ki, yanmağa nə var ki, ən azı şölən görünür, vay o günə ki, səni oduna çevirir və nə vaxtsa yandırmaq üçün bir küncə tullayırlar... 
       
O ki qaldı bizim müxalifətin çağırış və vədlərinə, bunu da çox görmüşük. Daha hansı mərhələ qalıb ki?.. 

Qeyri-partokrat, “sexovşik” kommunistlərin dövrünü,  demokratların bircə illik nakam hakimiyyətini və əski kommunistlərin qurduğu 23 illik “demokrarik” avtoritarizm mərhələsini gördük... İndi hansı mərhələdir, bu məsələni məndən də yaxşı bilirsiniz! Qərəz, daha hansı mərhələ qalıb ki!

Bütün mərhələlər adlanıb-keçilib. Ona görə də xalqı boş yerə məşğul etməyin. Xalq çox mühüm və həm də vacib bir məsələ ilə - yaşamaqla məşğuldur. Onu bu cür vacib və mühüm işdən ayırmayın. Lap müəllifini və dəqiq məzmununu unutduğum bir şeirdə deyildiyi kimi: “... Qoyun yaşayaq! Qurd ola bilmədik, qoyun kimi yaşayaq!..”(musavat.com)


Yazar : Hüseynbala Səlimov

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Ən çox oxunanalar