Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Quran müqəddəs kitab deyil” - Elşad Miri

“Qurani Kərimin heç bir yerində bu kitabın müqəddəs olması barədə bir ayəyə rast gələ bilməzsiniz”


Bu fikirləri ilahiyyatçı Elşad Miri “Yaşıl Orta” verilişində qonaq olarkən bildirib.

Onun sözlərinə görə, Qurana hər kəs toxuna bilməlidir. Toxunanda nə yazıldığını görməli, şahidi olmalı, Quran onun stolüstü kitabına çevrilməlidir.

-Bu Quranı adiləşdirmir?

- Bəs biz niyə Quranı müqəddəsləşdirməliyik?

-Bu fikirlərinizə etiraz edən müsəlmanlar onu dəlil olaraq göstərirlər ki, Qurani Kərim müqəddəsdir və biz ona istənilən halda digər kitablar kimi yanaşsaq, digər kitabları necə dəstəmazsız əlimizə alırıqsa Qurani Kərimi də o cür əlimizə alsaq, bu yanaşma Quranı adiləşdirir.

“Digər kitablardan bunun fərqi nədir? Ərəbcəsi olmasaydı nə deyəcəkdiniz? Məsələn biz bu gün bir sorğu keçiririk, yəqin ki yaxın vaxtlarda hazır olar, öz kanalımda yayımlayacam onu. Təsəvvür edin ki, üzərində Azərbaycan dilində  müqəddəs kitab yazılan bir kitab var. Müqəddəs kitab dediyiniz indi Tövratdır. Qurani Kərimin heç bir ayəsində bu kitabın müqəddəs olması barədə bir ayəyə rast gələ bilməzsiniz. Bu kitabın çap olunduğu kağızın digər kağızlardan nə fərqi var? Fərq sadəcə burada ərəb əlifbasının olmasıdırmı?  O zaman bu məntiqdən belə çıxır ki, ərəb əlifbası müqəddəsdir. Yaxşı onda belə bir sual verim: Tövratın gəldiyi ibrani dili müqəddəsdirmi? Yaxud İsa Peyğəmbərin yazdığı aramicə müqəddəsdirmi? Əlimizdə olan ilk İncil yunan dilindədir. Bu dil müqəddəsdirmi? İnsanlara ərəbcə yazılan kitabı verirsiniz, bilmir bu Qurandır ya hər hansı bir sevgi ilə bağlı olan dastandır. Biz Əlyazmalar İnstitutuna getsək, orada bir çox materiallar köhnəlməyən əlifba dediyimiz həmin ərəb dilində yazılıb”. (A24.Az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən ilginc açıqlama

Ən çox oxunanalar