Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qoy məni oxuyub, Bəxtiyar kimi şairin qədrini bilsinlər”

Bakı Slavyan Universitetnin məzunu, jurnalistikada yenicə fəaliyyətə başlayan Əbülfəz Kərimov son vaxtlar ortaya çıxıb meydan sulayan ara şairlərini şeirlə tənqid etmiş və əməkdar artist Elza Seyidcahana söz atmışdı


PİA.AZ modern.az-a istinadən xəbər verir ki, bununla bağlı bəstəkar, əməkdar artist Elza Seyidcahan öz fikirlərini bölüşüb.

Elza Seyidcahan saytımıza açıqlamasında şeir yazan gənci alqışladığını bildirib:

"O gənci alqışlayıram. Şeir yazırlar, beyinləri açılır. Mənim sayəmdə Bəxtiyar Vahabzadəni də tanıyırlar. Qoy məni oxuyub, Bəxtiyar kimi şairini qədrini bilsinlər. Pis olmasa, yaxşının qədrini bilməzlər. Məni görüblər, Bəxtiyar Vahabzadə onlara şirin gəlib. O gəncdən soruşsan ki, Bəxtiyardan bir misra şeir de, bəlkə də bilməyəcək. Elza yaradıcılığı kütləşmiş beyinləri, tutulmuş dilləri, kor olmuş gözləri açır".

Əməkdar artist "kifayət qədər şeir yazanlar var, niyə Elza Seyidcahanı hədəf alıblar" sualımıza belə cavab verib:

"Demək maraqlıyam , şeirlərim oxunur ki, məni hədəf alıblar. Tələbələr, balaca uşaqlar, şairlər, yazıçılar - hər kəs Elzanın şeirindən xəbərdardırlar. Belə bir söz var: "Xəbərdaram işindən, qurtarmaram dişindən". Bu haqda heç zaman pis fikir deməmişəm, çünki onlar mənim oxucularımdır. Oxucularımın içində ağıllısı, dəlisi, paxılı, namərdi, mərdi də var. Əsas odur ki, onlar mənim oxucularımdır və mən heç zaman oxucularımı daşa basıb təhqir etməyəcəyəm. İnsan uğrun zirvəsinə çatanda ona qarşı paxıllar çoxalmağa başlayır. Onlar bir addımlıq barıtdır, tez yanıb, tez də partlayırlar. Bu səbəbdən bunu normal qəbul edirəm. Ardımca gəlsinlər". 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar