Çərşənbə, 17 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qızım olduğu üçün demirəm, Aygün çox istedadlıdır”


"Bir ata və bir valideyn kimi qızımın Prezident İlham Əliyev tərəfindən “Xalq artisti” fəxri adına layiq görülməsinə görə çox sevinirəm. Həddindən artıq sevincliyəm, qürurluyam. Belə bir nəcib addımına görə Prezidentə öz adımdan, ailəmin, qızımın adından dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm"


PİA.AZ Oxu.Az-a istinadən xəbər verir ki, bunu akademik, Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə qızı, tanınmış bəstəkar Aygün Səmədzadənin Prezident İlham Əliyev tərəfindən  “Xalq artisti” fəxri adına layiq görülməsinə münasibət bildirərkən deyib.

Z.Səmədzadə qızı ilə yanaşı, onlarla digər sənətçinin fəxri adlara məhz Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yüz illik yubileyi ərəfəsində layiq görülməsinin ikiqat sevincli və əlamətdar olduğunu da sözlərinə əlavə edib:

“Qızım olduğu üçün demirəm, Aygünün yaradıcılığı çox zəngindir. Bu sənətdə çox əziyyətlər çəkib. Birinci sinifdən təhsilin digər pillələrinə qədər daim yüksəkliyə, zirvəyə doğru addımlayıb. Çox istedadlıdır, çox dəyərli bəstəkar-alimdir. Azərbaycan xalqı onun mahnılarını, əsərlərini daim böyük maraqla və həvəslə dinləyib. Mahnıları dillər əzbəridir.

Odur ki, onun zəhmətini, əməyini qiymətləndirdiyi üçün Prezidentə sonsuz dərəcədə minnətdarlığımı bildirirəm. Azərbaycan dövləti daim Azərbaycan mədəniyyətinə böyük diqqət və qayğı göstərib. Buna görə də Azərbaycan dövlətinə və rəhbərinə təşəkkür edirəm.

Eyni zamanda, bu gün Aygünlə yanaşı, onlarla digər çox dəyərli sənətçilər də yüksək fəxri adlara layiq görülüb. Onları da təbrik edirəm. Özü də çox əlamətdar və sevindirici haldır ki, bu adlar  Azərbaycan Xalq Cümhuriyyətinin, müstəqil Azərbaycan dövlətinin yüz illik yubileyi günlərində verildi. Bunun özü də çox böyük məna kəsb edir”.



pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edib

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Vətəndaşların nəzərinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Bu yay ulduz kimi parlayacaq BÜRCLƏR açıqlandı - Sevgi, pul, toy...

Ümumvətəndaş pasportlarının verilməsi prosesində problem yaranıb

Ən çox oxunanalar