ARB TV-nin “Səhər – Səhər” verlişinin növbəti qonağı Səmra Rəhimlinin anası İlahə Baxşıyeva olub
Axşam.az xəbər verir ki, Səmranın anası qızının geyimləri ilə bağlı təhqiramiz ifadələr səsləndirənlərə fikir bildirib:
“Səmranın “Eurovision” mahnı müsabiqəsi zamanı, qırmızı xalıda geyindiyi bütün paltarlar müzakirə olundu. Hər şey yazıldı. Başa düşürəm. Amma o mühit onu, o cür geyimi tələb edirdi. İslam oyunlarında Səmranın geyimini hamı gördü. Deməli yeri gələndə, lazım olanda bağlı da geyinəcək, qısa da geyinəcək. Baxır janıra, baxır hansı səhnədədir, harada oxuyur”.
pia.az