Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qiymət artımı 5 faizə təsir etməyəcək” – Arif Hacılı


Müsavat Partiyasının başqanı Arif Hacılı parlamentdə bəzi deputatların qiymət artımı ilə bağlı fikirlərinə münasibət bildirib


Arif Hacılı xüsusilə deputatlardan Rüfət Quliyevin qazın qiymətinin artırılmasının yoxsullara təsir etməyəcəyi ilə bağlı fikirləri üzərində dayanıb:

 «İlham Əliyev ölkədə yoxsulluq həddinin 5 faizdən aşağı olduğunu bəyan edib. Hətta bu məntiqlə belə çıxır ki, qazın qiymətinin artırılması əhalinin 95 faizinə təsir edəcək».

Arif Hacılı bildirib ki, Azərbaycanda 1 dollar 78 qəpik olanda, minimum əməkhaqqı 125 manat, aylıq ərzaq səbəti isə 105 manat idi:«Bu ilin yaşayış minimumu isə 136 manat hesablanıb. Yəni, aylıq gəliri 136 manatdan az olan hər kəs və ya ayda gəliri 544 manatdan az olan 4 nəfərlik ailə yoxsul sayılır.
Əslində, işığın qiymətlərinin qaldırılması əhalinin 5 faizinə, korrupsiya, rüşvət yolu ilə milyonlar toplamış məmur təbəqəsinə, deputatlara təsir etməyəcək. Əhalinin 95 faizi isə yaşamaq uğrunda mübarizədə daha çətin duruma düşəcək».

Tarif Şurası noyabrın 28-də enerjidaşıyıcıların qiymətlərini artırıb.
Əhali illik 1500 kubmetr həddi keçmədiyi təqdirdə qazın hər kubmetrinə görə 10 qəpik, bundan artıq hissəsinə 20 qəpik ödəniş edəcək.
Aylıq məsrəf 250 kVt/saat elektrik məsrəfinə görə qiymət 7 qəpikdir. İndi bundan artıq isə 11 qəpikdən hesablanacaq.(azadlıq.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar