Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qısqanc ürəklər” tamaşası 100-cü dəfə nümayiş olunacaq


Azərbaycan Dövlət Musiqili Teatrında Azərbaycan Respublikasının xalq artisti, bəstəkar R. Mirişlinin "Qısqanc ürəklər" ikihissəli musiqili komediyası 100-cü dəfə nümayiş olunacaq


Qurumun mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, tamaşanın 100-cü nümayişi 10 dekabr tarixində saat 19.00-da baş tutacaq. "Qısqanc ürəklər" komediyası 10 ildir ki, Dövlət Musiqili Teatrının repertuarındadır. Tamaşaçıların hər zaman böyük diqqət və maraqla izlədiyi bu səhnə əsərinin premyerası 22 dekabr 2006-cı ildə keçirilib.

Qeyd dək ki, tamaşanın quruluşçu-rejissoru Yusif Əkbərov, quruluşçu-dirijoru əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu-rəssamı əməkdar rəssam Eldar Qurban, quruluşçu-baletmeysterləri Yelena və Zakir Ağayevlər, dirijoru əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, xormeysteri əməkdar artist Vaqif Məstanov, konsertmeysteri Nərminə Əbdürəhmanovadır. Tamaşada rolları xalq artisti, "Şöhrət" ordenli İlham Namiq Kamal, əməkdar artistlər Nahidə Orucova, Çingiz Əhmədov, Səidə Şərifəliyeva, aktyorlar Ülviyyə Əliyeva, Pərviz Məmmədov, Hüseyn Əlili, Güldanə Əzimova, Ruslan Mürsəlov, Elnarə Nağdəliyeva və Fərid Rzayev ifa edirlər.

"Qısqanc ürəklər" iki hissəli musiqili komediyasının 100-cü - yubiley nümayişini izləmək istəyənlər qiyməti 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və "ASAN Xidmət" mərkəzlərindən əldə edə bilərlər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar