Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qeyri-neft sektorunun inkişafına 10 il öncə başlasaydıq, indi tamam başqa mənzərə idi”


«Əgər qeyri-neft sektorunun inkişafına 10 il öncə başlasaydıq, indi tamam başqa nəticələr olardı. Məsələ budur ki, bu işə bir qədər gec başladıq. Odur ki, istədiyimiz nəticələr hələlik əldə edilməyib»


PİA.AZ xəbər verir ki, bunu deputat Vahid Əhmədov Turan-a ölkədə iqtisadi durumu dəyərləndirərkən deyib.

O hesab edir ki, iqtisadiyyatın real inkişafına pul vəsaitləri lazımdır. Bu mənada nağdlaşdırmaya limiti müvəqqəti tədbir sayır: «Müəyyən qısa müddət üçün belə tədbirlər hansısa effekti verə bilər. Amma uzunmüddətli perspektiv üçün belə bir yanaşma doğru deyil. Odur ki, bu nağdlaşdırma limiti artırılmalıdır. Mən ümid edirəm ki, bu olacaq. Çünki iqtisadiyyat pul vəsaitləri olmadan inkişaf edə bilməz».

Deputat hesab edir ki, indiki halda aqrar, tikinti sahəsinin inkişafına diqqət yetirilməlidir. O düşünür ki, bu sahələr daha tez gəlir gətirir.

Bu il Azərbaycanda «Nağdsız hesablaşmalar haqqında» Qanunun qəbul olunub. Bu qanuna görə, 200 min manatdan artıq dövriyyəyə malik vergi ödəyiciləri ay ərzində 30 min manatdan, digər vergi ödəyiciləri isə 15 min manatdan artıq olan hesablaşmalar üzrə ödənişləri yalnız nağdsız qaydada həyata keçirməlidirlər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar