Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qətərli investor 600 milyon dollar təklif etdi, Telman satmadı...”

Hazırda axtarışda olan keçmiş azərbaycanlı milyarder-oliqarx Telman İsmayılovun Antalyadakı “Mardan Palace” otelinin nümayəndəsi obyektin “Rixos Group”a satılacağı haqda xəbərləri “şaiyə” adlandırıb


Mənbə bu haqda TourDom.ru portalına bildirib.

Telman İsmayılovun otelinin “Rixos Group”un sahibi olan türkiyəli iş adamı, əvvəllər Fətullah Gülən camaatına mənsub olmuş Fəttah Temincəyə satılması üçün danışıqlar getdiyi barədə bundan əvvəl Türkiyə mənbələri xəbər yaymışdı. Bildirilirdi ki, danışıqların nəticələri gələn həftə açıqnana bilər.

Mənbə deyib ki, “Rixos Group”un “Mardan Palace” otelinə maraq göstərməsi doğrudur, amma bunlar hələ söz-söhbət səviyyəsindədir. Və sövdələşmənin baş tutması ehtimalı azdır. “Rixos şəbəkəsi hazırda çətin ki, “Mardan Palace” otelini almaq üçün lazım olan vəsaiti tapa. Şəbəkənin müxtəlif ölkələrdə tikintisi davam edən otelləri var, onlar yarımçıqdır və maliyyə tələb edir. Hazırda “Mardan Palace” 400 milyon dollar səviyyəsində qiymətləndirilir. Əvvəl Qətərdən olan iri investor 600 milyon dollara almaq istədi, Telman İsmayılov razılaşmadı”-mənbə deyib.

Mənbənin bildirdiyinə görə otelin “Rixos Group” və ya digər şirkət tərəfindən icarəyə götürülməsi daha ağlabatandır. Lakin bu da yaxın vaxtlarda baş tutmayacaq. Çünki otel restavrasiya tələb edir, hovuzu, kondisioner sistemi və s. təmir edilməlidir. Buna da iki-üç ay vaxt lazımdır. Yəni qarşıdakı yaz-yay mövsümündə otel bağlı olacaq, deməli onu icarəyə götürməyin mənası yoxdur.

Otel boş qaldığına görə borcları da artacaq. Situasiya ona görə mürəkkəbdir ki, Telman İsmayılov oteli tam satmaq istəmir, amma işlətməyə də pulu yoxdur.

Bundan əvvəl otelin üzərinə Türkiyənin “Halk Bank”ına olan kredit borcuna görə həbs qoyulmuşdu. T.İsmayılov otelə 1.4 milyard dollar xərcləyib.(Virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar