Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qərb Ukraynaya dərs verməlidir” - ABŞ mediası


Poroşenko Rusiya ilə mübarizə bəhanəsi ilə ölkədə əsl rüşvət mühiti yaradıb


Ukraynadakı siyasi intriqalardan baş çıxarmaq çətindir. Lakin Saakaşvili ilə bağlı baş verən proseslər ölkədəki bəzi həqiqətləri çılpaqlığı ilə göstərdi.

Beynəlxalq Atlantika Şurasının üzvü və “Hromadske International” xəbər agentliyinin təsisçisi Maksim Eristavi “The Washington Post”-a yazdığı məqalədə ölkənin bir nömrəli probleminin korrupsiya olduğunu bildirib.

“Tarixdə ilk dəfə bizdə bu bəla ilə mübarizə aparacaq institutlar və kadrlar əmələ gəlmişdi. Lakin antikorrupsiya ilə məşğul olan şəxslər bu problemlə mübarizə aparmağa başlayan kimi prezident Pyotr Poroşenko onların mövqelərini zəiflətməyə başladı”, - Eristavi qeyd edib.

Eristavinin fikrincə, Poroşenkonun tərəfdarları parlamentdə öncə antikorrupsiya komitəsinin sədri Yeqor Sobolevi istefaya getməyə məcbur etdilər. Səsvermədə Rusiyayönümlü “Müxalifətçi blok”un da canfəşanlıqla iştirak etməsi diqqət çəkib.

Картинки по запросу yegor sobolev Rada
Yeqor Sobolev

Hazırda isə onlar Ukrayna Milli Antikorrupsiya İdarəsini neytrallaşdırmağa çalışırlar. Hakimiyyətə yaxın deputatlardan Artur Gerasimov və Maksim Burbak Ukrayna Milli Antikorrupsiya İdarəsinin (UMAİ) direktorunun işdən çıxırılma prosedurunun sadələşdirilməsi barədə qanun təklifi verib. Ylnız ABŞ səfiri Meri Yovanoviçin təpkisindən sonra iqtidar deputatları mövqelərindən bir qədər çəkiliblər.

“Poroşenko elə bilir ki, Vaşinqtondakı və Brüsseldəki himayədarları şərqdə Rusiya ilə aparılan müharibəyə görə onu müdafiə edəcəklər. Prezidentin bu yöndə əmin olmaq üçün çox səbəbi var. Hansı Qərb diplomatı ilə söhbətdə Ukraynada korrupsiya ilə bağlı acınacaqlı vəziyyətdən söhbət açan kimi onların cavabı bir olur: Ruslar Ukraynada aranı qarışdırmaq üçün burada səsləndirilən istənilən tənqiddən istifadə edirlər”.

“Bu yaxınlarda Poroşenko BMT-yə müraciətində Rusiyanın adını düz iyirmi dəfə çəkib. Korrupsiyadan isə bir söz belə etmədi”, - Maksim Eristavi bildirir.

Картинки по запросу Порошенко ООН

Eristavinin fikrincə, Qərb bu bataqlığın qurudulması yönündə təcili tədbir görmərlidr: “Əks halda onların bizə yardım məqsədilə verdiyi milyardlar sadəcə oğurlanacaq”.

“Ukraynada antikorrupsiya islahatları çox gözəl və uğurla başladı. Elə məhz buna görə rəhbərlik bunu tez bir müddətə batırmağa çalışır. İndi islahatçılar və onların Qərbdəki müəllifləri əldə olunan nailiyyətləri müdafiə etməyə məcburdurlar”, - Eristavi çağırış edib.

Eyni fikrilər “The Wall Street Journal” qəzetinin müxbirləri Cessika Donati və Ceyms Marsonun yazısında yer alıb.

Müəlliflər UMAİ və ABŞ FTB-sinin noyabr ayında mütəşşəkil şəkildə cinayət əməli ilə məşğul olan hökumət məmurlarına qarşı xüsusi əməliyyat planı hazırladıqlarını yazıb.

Картинки по запросу НАБУ и ФБР

Lakin prezidentə yaxın hüquq mühafizə orqanları əməliyyat üçün dövlət məmuruna 30 min dollar rüşvət verən UMAİ xəfiyyəsini həbs edib.

Belə ki, UMAİ aprel ayından bu yana Ukrayna Dövlət Miqrasiya Xidmətində pasportların, sənədlərinn qeyri-qanuni yollarla düzəldilməsi və pulların sərhəddən keçirilməsi ilə məşğul olan məmur dəstəsinin izinə düşübmüş. Lakin Ukrayna Milli Təhlükəsizlik Xidməti (UTX) və Baş prokurorluğun əməkdaşları əməliyyatda iştirak edən agentləri faş ediblər..

UMAİ direktoru Artyom Sıtnik “The Wall Street Journal”-a verdiyi müsahibədə artıq neçə aydan bu yana bir sıra dövlət strukturlarının onun işinə əngəl törətdiyini bildirir. “Biz Ukraynada bütün antikorrupsiya islahatlarının bir-bir məhv edildiyinin şahidi oluruq”, - Sıtnik deyib.

Картинки по запросу артем сытник набу
Artyom Sıtnik

Yazıda UMAİ-nin müstəqil orqan olduğu, onun direktorunun prezident tərəfindən müstəqil komissiyanın verdiyi iki namizəd arasından seçildiyi, idarənin maliyylələşdirilməsinin isə dövlət büdcəsi və ABŞ-ın verdiyi vəsait əsasında təmin edildiyi vurğulanır.

Sıtnik son əməliyyatın pozulma hadisəsini ən yuxarı instansiya tərəfindən törədilən maneə kimi qiymətləndirib. “Baş prokurorluq və UTX UMAİ-ni gözdən salmaq üçün iqtidara yaxın mətbuatdan istifadə edirlər.

Sıtnikin fikrincə, rəhbərlik etdiyi idarənin Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarına qarşı keçirdiyi əməliyyat barədə məlumatı cinayətdə şübhəli bilinən şəxslərə elə UTX-nın özü verib. Çünki UMAİ özü birbaşa dövlət məmurlarının telefonlarına qulaq asa bilməz. Bunun üçün o, UTX-ya sorğu verməli və dinləmə əməliyyatının həyata keçirilməsini xahiş etməlidir. Görünür, UTX bu barədə elə ilkin olaraq qarşı tərəfin özünə informasiya ötürüb.

Maraqlıdır ki, bundan sonra baş prokuror Yuri Lutsenko UMAİ-ni qeyri-qanuni fəaliyyətlə məşğul olmaqda ittiham edib və FTB ilə əməkdaşlığı şübhə altına qoyub.

Məqalədə bütün bunların ABŞ-ın Ukraynada həm hərbi, həm də korrupsiyaya qarşı mübarizə üçün etdiyi yardımlara mənfi yöndən təsir göstərəcəyi təəssüflə vurğulanır.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar