Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qəddafinin öncədən dedikləri doğrulur”


Liviya fevralın 17-də fasiləsiz daxili silahlı münaqişəyə çevrilmiş və minlərlə insanın həyatını aparmış ərəb baharı iğtişaşlarının başlanmasının altıncı ildönümünü qeyd edib


 Silahlılar NATO aviasiyası və donanmasının çox güclü dəstəyi ilə 40 il rəhbərlik edən Müəmmər Qəddafini devirə bildi və eyni zamanda dövlət strukturlarını dağıdaraq mərkəzləşdirilmiş dövləti praktik olaraq məhv etdilər. Liviyadakı durum və buna görə məsuliyyət daşıyanlar barədə Liviya Milli Mübarizə Cəbhəsinin siyasi rəhbəri, Liviya-Misir münasibətlərinin keçmiş əlaqələndiricisi, Müəmmər Qəddafinin yaxın çevrəsinə daxil olmuş, lakin 2011-ci ildə xalq iğtişaşları başlandıqdan sonra Liviyanı tərk edərək Misirdə əsaslanmış əmisioğlu Əhməd Qəddaf əd-Damın RİA Novosti-yə müsahibəsini Strateq.az-ın oxucularına təqdim edirik.

–İğtişaşlar başlandıqdan altı il sonra Liviyadakı durumu necə dəyərləndirirsiniz? Ölkənin Şərqində parlament və ordu, qərbdə isə prezident şurası və silahlı qruplaşmalar fəaliyytədədir…

-Bu gün Liviyanın hərbi xəritəsini təhlil etsək, aydın olur ki, NATO bloku 20111-ci ildə Liviyaya vahid cəbhə ilə gəlib, sonra isə şərqdə, qərbdə və cənubda bir-birinə qarşı vuruşan tərəfləri dəstəkləyərək fevral hadisələrindən cücərmiş bütün bu qruplaşmaları silahandırıb. Bununla yanaşı NATO-nun özü parçalanmayıb, münaqişənin bitməyini istəməyərək onu idarə edib. Aydın olub ki, Qəddafini öldürməyə və Liviyanı məhv etməyə gəlmiş Qərbin planı hələ tamamilə yerinə yetirilməyib. O, münaqişənin mümkün qədər gec birməsi üçün qruplaşmaları yemləyir.

–Liviya lideri Muamər Qəddafi xəbərdarlıq edirdi ki, onu hakimiyyətdən uzaqlaşdırsalar, Liviya dağılacaq. Liviyada nümayiş və toqquşmalar başlandıqdan altı il sonra onun əvvəlcədən dedikləri doğrulur?

-Problem Qəddafinin və yaxud Səddam Hüseynin hakimiyyətdən getməyində olsaydı, onda bütün bu mənasız dağıntı və qətllər niyə indiyədək davam edir? Qərbyönlü qüvvələrin qidalandırdığı bu müharibədə qaliblər yoxdur. Qəddafi öz həyat təcrübəsi ilə tarixçi və inqilabçı idi. Onun ixtiyarında Yaxın Şərq bölgəsinə təhdidlər haqda məlumatlar var idi. O hələ 80-ci illərdə bu haqda xəbərdarlıq etmişdi, bütün bunlar qeydə alınıb. Və təəssüf ki, onun öncədən dediklərinin hamısı indi dəqiqcəsinə doğrulur.

-Fikrinizcə, Liviyada indiki duruma görə kim məsuliyyət daşıyır?

-Şübhəsiz, BMT Təhlükəsizlik Şurası və NATO bloku məsuliyyət daşıyır. Liviyada baş vermiş dağıntılar, ölkə infrastrukturunun məruz qaldığı böyük dağntılar, qətllər, ölkə sakinlərinin üçdə birinin məcburi köçü, yaralılar, oğurlanmış milyardlar, qədim abidələr, qızıl, urana görə, lakin ən başçılası, bütün dünyaya səpələnmiş liviyalıların alçaldılmış ləyaqətinə görə. ABŞ-ın keçmiş prezidenti Barak Obama səhvləri etiraf etdikdən, Böyük Britaniya icmalar Palatası komissiyasının, İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin nəticəsindən sonra biz üzr istənilməsini tələb edirik. Səhv buraxanlar səhvini düzəltməlidir.  

–Qahirədə ordu komandanı, genarl Xəlifə Həftarla Liviya milli həmrəylik hökuməti prezident şurasının başçısı Faiz Əs-Sərrac arasında 2018-ci ildə seçkilərin keçirilməsi haqda razılaşma danışıqlarını necə qiymətləndirirsiniz?

-Bu, Şirat sazişini (2016-cı ildə Mərakeşin Shirat şəhərində bağlanmış Liviyadaxili nizamlama haqda saziş-tərc.) düzəltmək cəhdləridir. Orada 2011-ci ildə NATO-nun yardımı ilə yaradılmış müxtəlif qruplaşmalar BMT-nin himayəsi altında toplanmışdı. Bununla belə, Liviya əhalisinin yarıdan çoxunun buna dəxli yoxdur – bunlar “Əl-Fateh” inqilabının (1969-cu il hərbi çevrilişi – nəticədə polkovnik Müəmmər Qəddafi hakimiyyətə gəlmişdi-tərc.) tərəfdarlarıdır. Liviya dövləti də budur. Lakin onlar (danışıq iştirakçıları-red.) haqlı olduqlarını sübuta cəhd edirlər, hərçənd son günlərin hadisələri əksindən xəbər verir. Altı ildən sonra fevral hadisələri tərəfdarları getməlidir, biz isə istisnasız olaraq bütün liviyalılar üçün yeni Liviya dövləti qurarıq. Hamını birləşdirən bayraq, ya da sadəcə, ağ sülh bayrağı altnda. İndi baş verdiyi kimi, 2011-ci il fevral hadisələri tərəfdarlarının həmrəylik kabineti deyil, qərəzsiz, neytral hökumət lazımdır. Ordunu – tam 70 min keçmiş döyüşçü Tunis və Misirdədir – həmçinin polis və məhkəmə ssitemini dirçəltmək lazımdır. Məcburi köçkünlər qayıtmalıdır, dustaqlar azad edilməlidir. Ümumi əfv, beynəlxalq ictimaiyyətin himayəsi altında azad seçkilər lazımdır. Bütün bunlar həll oluna bilər, çünki bizim zəruri bilik və ənənəmiz var. Bunu qarşıdurmanı ancaq ağırlaşdıran xarici siyasi və hərbi müdaxiləsiz etmək olar.  

-Siz, siyasi xadim Əhməd Qəddaf əd-Dam və keçmiş rejim tərəfdarları Liviyada tələb oluna bilərsiniz?

-Bu bizim ölkəmizdir, sonra isə biz hakim partiya deyilik. Biz dövlətin sosial, siyasi və hərbi təməliyik. Hələlik kənardan müşahidəni davam etdiririk, çünki bu fəlakətə bulaşmaq istəmirik. Biz Liviyanı öz tullantıları üçün zibilxanaya çevirmək, sərvətlərimizi mənimsəmək və öz bazalarını yerləşdirmək istəyən imperialistlərin oyuncaq icraçıları olmaq istəmirik. Biz Liviyada barış istəyirik ki, liviyalıların yaraları sağalsın.

-Hazırda Muamər Qəddafinin oğlu Seyf əl-İslamın başına nələr gəlir, keçmiş Liviya liderinin ən yaxın qohumlarının işləri nə yerdədir?

-Liderin ailəsi digər azad liviyalılar kimi səkkiz ay NATO blokuna qarşı qəhrəmancasına durub. Onlar öz həyatlarını öz vətənlərinin ləyaqəti uğrunda qoyublar, sağ qalanlar isə indi həbsdə və yaxud məcburi mühacirətdədir. Seyfəlislam əvvəlki tək həbsdədir. Təəssüf ki, indiyədək ona qarşı BMT-nin ədalətsiz sanksiyaları qüvvədədir. Eynilə döyüşlərdə ümumiyyətlə iştirak etməyən və hakimiyyət strukturlarına dəxli olmayan anası, qardaşları və bacıları kimi. Biz BMT baş katibindən artıq altı il qüvvədə olan ədalətsiz sanksiyaların hamısının ləğvini tələb edirik. Bütün bu dağıntılardan sonra müttəhimlər kürsüsünə kim  əyləşməlidir? Bütün bunlar Liviyada durumu yalnız qızışdırır. BMT baş katibinin müdaxiləsi lazımdır ki, ədalətsizliyin qabağı alınsın.

–Məlum olduğu kimi, 2011-ci ilədək Liviyanın xarici hesablarda tam 200 milyard dolları var idi. Bu vəsaitlərin taleyi necə oldu? Bu, indiki hökumətə məlumdurmu və vəsaitlər Liviyanın bəprası üçün istifadə olunurmu?

-Liviyadan kənarda və ölkə daxilində bizim cəmi tam 600 milyard dollarımız, tonlarla qızıl və gümüşümüz var idi. Biz dünya üzrə nəqd valyuta ehtiyatlarına görə səkkizinci yeri tuturduq. Ölkədə nə qalmışdısa, qarət olunub. Bütün bu altı ildə kərpic üstünə bir kərpic də qoyulmayıb. Paytaxt küçələri işıqsızdır, su təchizatı kəsilib, maaşlar verilmir. Lakin NATO raketlərinin köməyi ilə hakimiyyətə gəlmiş bu oyuncaqlar Misirdəki “Müsəlman qardaşlar” hökumətinə iki milyard dollar ödəmişdi ki, məni təhvil versinlər.

-Liviyanın xilas üçün beynəlxalq ictimaiyyətdən nə tələb olunur? Süleyman Fəyadın BMT-nin Liviya üzrə yeni səfiri təyin edilməsini necə qiymətləndirirsiniz?

-Birincisi, beynəlxalq ictimaiyyət liviyalıların başına gətirdiyi hər şeyə görə üzr istəməli və səhvlərini düzəltməyə başlamalıdır. Onda vətənimizi bərpa etmək, övladlarını geri qaytarmaq  üçün bir-birimizə əl uzadarıq. Liviyalı hər bir dustağa, onun həbsxanadakı əzablarına görə  beynəlxalq ictimaiyyət məsuliyyət daşıyır. Ammma bundan heç kim danışmır, heç kim onlarla əlaqə saxlamır, məsələn, dərmana görə maraqlanmır. Məktəblər altı ildir ki, işləmir. Bütün bunlar gələcək üçün təhdid yaradan gec partlayan bombalardır. Dialoq və həll axtarışına qatılmayan heç kim dövlət quruculuğunda iştirak edə bilməz. Biz Liviya nizamlanması məsələsində mühüm tərkib hissəyik. Liviyalıların 60%-dən çoxuna etinasız yanaşa bilmərik. Bu adamlar sadəcə hələ əllərinə silah almayıblar, lakin onlar əsil ordu, polis, əsil siyasətçi, vəkil, özünü satmağa razılaşmayacaq tayfalaırn təmsilçiləri idilər.(Tərcümə: Strateq.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Paşinyan: "Bakı və İrəvan sərhədlərin delimitasiyası üzrə əməli prosesə başlayıblar"

Ən çox oxunanalar