"Qəbələ"nin bu gün səhər saatlarında Türkiyəyə planlaşdırılan səfəri baş tutmayıb
PİA.AZ apasport.az-a istinadən xəbər verir ki, buna səbəb qardaş ölkədə əlverişsiz hava şəraitinin hökm sürməsidi.
Belə ki, Türkiyədə güclü qar yağışı səbəbindən səhər saatlarında nəzərdə tutulan reyslər təxirə salınıb. "Qırmızı-qaralar"ın Bakını tərk etməsi yerli vaxtla səhər saat 07:00-a planlaşdırılmışdı. "Qəbələ" Bakı-İstanbul-Antalya marşrutu ilə hərəkət etməli idi. Lakin məlum səbəbdən səfər axşam saatlarına ertələnib.
Qeyd edək ki, "Qəbələ"nin legioner futbolçuları Bakıya gəlməyərək, ölkələrindən birbaşa Antalyaya yollanacaqlar.
pia.az