Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qəbələ” klubunun prezidenti 15 milyona baza alır - Video


“Qəbələ” Futbol Klubunun prezidenti Tale Heydərov “Əlincə”nin bazasını almağa hazırlaşır


Fanat.az-ın əldə etdiyi məlumata görə, klub prezidenti 15 milyon manat qiyməti olan stadion və digər tikililər, o cümlədən sözügedən klubun rəhbərinə məxsus otellə yaxından maraqlanır.

Bir müddət öncə mətbuat səhifələrində satıldığı bildirilən idman qurğusunun qiymətiylə bağlı razılıq əldə etmək başlıca hədəfdir. T.Heydərov bu iş üçün artıq 2 nəfər ayırıb və danışıqlar davam etdirilir.

Məqsəd kompleksi Ronaldinyonun adını daşıyacaq futbol akademiyasının ixtiyarına verməkdir.

“AzPolitika.info” onu da əlavə edir ki, “Əlincə” Futbol Klubu 2010-cu il aprelin 5-də “Bağçalı Evlər” MTK-nın rəhbəri Hacı Məhərrəm Novruzov tərəfindən təsis edilib. Klubun adı Naxçıvandakı Əlincə qalası ilə bağlıdır. Klubun akademiyası – “Əlincə” İdman Akademiyası Masazır kəndi, Novxanı şossesi ərazisində yerləşir. “Əlincə” İdman Akademiyasının tərkibinə 4 kiçik yardımçı stadion, 5000 nəfərlik süni örtüklü və Masazır qəsəbəsinin “Qurtuluş 93″ yaşayış kompleksində yerləşən 13 min yerlik təbii ot örtüklü stadion daxildir. Qısa müddətdi yaranmasına baxmayaraq, rəhbərliyin diqqət və qayğısı nəticəsində klubun bazası genişləndirilmiş, Azərbaycan Futbol Federasiyaları Assosasiyasının (AFFA) bayrağı altında keçirilən çempionatlarda iştirak üçün lisenziya almışdır.

elincefkfk_371phpb9qjack

Yaranmasından cəmi bir il sonra 2011-ci ilin noyabr ayında 5000 nəfərlik stadion istifadəyə verilib və müxtəlif səviyyəli turnirlər və çempionatlar məhz bu stadionda keçirilib.

“Əlincə” klubunun tərkibində futboldan əlavə digər idman növləri də var ki, bunlara misal olaraq, voleybol, karate, üzgüçülük və s. göstərmək olar.

Texniki şərait olaraq “Əlincə” klubu Bakıda 2 üstüörtülü, 4 üstüaçıq süni örtüklü, 2 təbii örtüklü və bir futzal olmaqla 9 stadiona sahibdir. Əlavə olaraq futbolçuların daimi yaşaması üçün iki mehmanxana, yeməkxana, restoran, trenajor zalı, üzgüçülük hovuzu, sauna fəaliyyət göstərir.

Bundan əlavə, “Əlincə” klubunun Şabran rayonunda da təlim məşq bazası var. Burada komanda üçün təlim-məşq toplanışları keçirmək üçün istənilən şərait yaradılıb. 3 təbii və 1 süni məşq meydançası, futbolçuların qalması üçün 6 mərtəbəli otel, koteclər, restoran, meyvə bağı futbolçuların ixtiyarına verilib.

“Əlincə TV”nin bir müddət əvvəl yayımladığı videosujeti təqdim edirik.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar