Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qəbələ” avrokuboklara vəsiqəni təmin etdi


Azərbaycan Premyer Liqasının 2016/17 mövsümünün daha bir mükafatçısı bəlli olub


Apasport.az saytının məlumatına görə, “Qarabağ”ın ardından “Qəbələ” də ilk “üçlük”də yerini təmin edib.
 
Buna XXIII turun nəticələri səbəb olub. AZAL-la səfər oyununda (1:1) xal itirən Roman Qriqorçukun yetirmələri 4-cü pillədə qərarlaşan “Zirə” üçün əlçatmaz olub. Sonuncular “Qarabağ”la qolsuz heç-heçə etdikdən sonra 2-ci yerlə xal fərqi 17-də qalıb.
 
Hazırda “Qarabağ”dan 2 xal geridə qərarlaşan “Qəbələ”nin 47, 3-cü olan “İnter”in 39 xalı varsa, “Zirə” 30 xala malikdi. Mövsümün sonuna 5 tur qaldığından zirəlilər bütün görüşlərdə qalib gəlsə də, 15 xal əldə edəcək. Belə nəticə də 2-ci yerə çatmağa yetərli deyil. Bu isə o deməkdi ki, “Qarabağ”la çempionluq mübarizəsi aparan “Qəbələ” finişə 5 tur qalmış mükafat qazanacağını rəsmiləşdirib.
 
İlk “üçlük”dəki yer avrokuboklara vəsiqə verdiyi üçün “Qəbələ” qitə kuboklarında iştirakını da təmin edib. Əyalət klubu ən pis halda Avropa Liqası, liderlik savaşında qalib gəlsə, Çempionlar Liqasında mübarizə aparacaq.
 
Qeyd edək ki, Azərbaycanı avrokuboklarda çempionatda ilk 3 yeri tutan komanda və kubokun qalibi təmsil edir. Sonuncu komanda Premyer Liqada “üçlük”də yer alsa, 4-cü pillənin sahibi də Avropaya yollanır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar