Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qəbələ” UEFA-nın “rekordlar kitabı”nda



UEFA Avropa Liqasının qrup mərhələsinin rekordları açıqlanıb


PİA.AZ xəbər verir ki, qitə futbol qurumu 2009-2010-cu ildən indiki formatda keçirilən turnirin qrup mərhələsində müxtəlif göstəricilərdə fərqlənənlərin siyahısını tərtib edib.

 UEFA-nın rəsmi saytında dərc olunan məlumatda arxada qalan son 7 mövsüm, həmçinin 2016/17 mövsümündə qrupda mübarizə aparacaq klublarla bağlı faktlar əksini tapıb.
 
Qəbələ”nin I təsnifat mərhələsindən mübarizəyə başlayıb, qrupa qədər irəliləməsi də, UEFA-nın diqqətindən yayınmayıb. Rəsmi sayt 2009-cu ildən indiyədək bu yolu qət edən bütün klubların siyahısını açıqlayıb. “Qəbələ” cari mövsüm bunu bacaran iki komandadan biri kimi tarixə düşüb. “Qırmızı-qaralar” turnirin tarixində 8-ci belə uğurun müəllifi olub. Belə ki, 2009-cu ildən indiyədək 8 dəfə bir klub 4 mərhələ keçib, qrupa yüksəlib. Ötən mövsümdə də eyni nailiyyətə imza atan Roman Qriqorçukun yetirmələri 2 dəfə 4 mərhələ keçməklə Norveçin “Rusenborq” klubuna məxsus rekordu da təkrarlayıb. Skandinaviyalılar 2012/13 və 2015/16 mövsümlərində I təsnifat mərhələsindən qrupa qədər irəliləyib. Lakin “Qəbələ”ni Tronheym təmsilçisindən fərqləndirən odur ki, “Qırmızı-qaralar” ardıcıl 2 mövsüm belə yol qət edib. Bu iki klubdan başqa, İngiltərə “Fulhem”i (2011/12), Hollandiya “Tvente”si (2012/13), Norveç “Tromse”si (2013/14) və İsrailin Təl-Əviv “Makkabi”si (2016/17) 4 mərhələ adlayıb.
 
Xatırladaq ki, “Qəbələ” ötən mövsümdə “Dinamo” Gürcüstan (1:2, 2:0), “Çukariçki” Serbiya (0:1, 2:0), “Apollon” Kipr (1:1, 1:0), “Panatinaikos” Yunanıstan (0:0, 2:2), cari mövsümdə isə “Samtredia” Gürcüstan (5:1, 1:2), MTK Macarıstan (2:1, 2:0), “Lill” Fransa (1:1, 1:0) və “Maribor” Sloveniya (3:1, 0:1) ilə oyunlardan sonra mərhələ adlayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar