Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qaz kəmərində ard-arda baş verən partlayışlar təxribat deyil” - Mirvari Qəhrəmanlı

Neftçilərin Hüquqlarının Müdafiə Cəmiyyətinin sədri: “Yüksək təzyiqli qaz kəmərində qazın nəqli üçün seçilmiş borulara mənim şübhəm var”


“Səngəçal Baş Qurğuları-Qazıməmməd magistral qaz kəmərində baş verən partlayış və yanğın birmənalı şəkildə təxribat deyil”.

Bu sözləri hüquq müdafiəçisi , Neftçilərin Hüquqlarının Müdafiə Cəmiyyətinin sədri Mirvari Qəhrəmanlı dünən Səngəçal Baş Qurğuları-Qazıməmməd magistral qaz kəmərində baş verən partlayış və yanğının səbəblərin PİA.AZ-a şərh edərkən deyib. 

Xəbər verdiyimiz kimi yanvarın 10-da axşam saat 20.45 radələrində diametri 1000 millimetr olan Səngəçal Baş Qurğuları-Qazıməmməd magistral qaz kəmərində partlayış baş verib. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq bölmələri hadisə yerinə cəlb olunub. SOCAR-ın mütəxəssisləri tərəfindən xəttə verilən qaz alternativ kəmərə keçirilib və xətt istismardan təcrid olunub. Təhlükəsizlik məqsədilə qəza aradan qaldırılana kimi yanğın bölmələri hadisə yerində növbə çəkiblər. SOCAR-ın yaydığı məlumatda bildirilir ki, hadisə nəticəsində xəsarət alan olmayıb, yaşayış məntəqələri üçün hər hansı təhlükə yoxdur. Hadisənin səbəbləri araşdırılır.

Xatırladaq ki, bundan əvvəl də eyni magistral qaz kəmərində dekabrın 27-də və yanvarın 2-də partlayış və yanğın baş verib. Bunu təsadüf hesab etmək olarmı və hər hansı bir halda son zamanlar davamlı olaraq qaz kəmərinin partlamasında terror ehtimalı varmı? Ümumiyyətlə Azərbaycanın daxili qaz və neft kəmərlərinin mühafizəsini qənaətbəxş hesab etmək olarmı?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı hüquq müdafiəçisi , Neftçilərin Hüquqlarının Müdafiə Cəmiyyətinin sədri Mirvari Qəhrəmanlıya müraciət edib.

Mirvari Qəhrəmanlı: “Problem borudadırsa da, ərazidədirsə də deməli ən böyük günahkar elə özləridir”.


Neftçilərin Hüquqlarının Müdafiə Cəmiyyətinin sədri qeyd edib ki, əgər onlar kəmərin çəkilməsi üçün ərazini də seçəndə səhv seçiblərsə, deməli magistral qaz kəmərində baş verən partlayış və yanğınların günahı tikinti-quraşdırma işləri ilə məşğul olan və həmin tikinti idarəsinin təhcizatı ilə məşğul olan qurumlarda axtarmaq lazımdır:

“Birinci onu qeyd edim ki, Səngəçal Baş Qurğuları-Qazıməmməd magistral qaz kəmərində baş verən partlayış və yanğın birmənalı şəkildə təxribat deyil. Mən 25 il Azərbaycanın neft sənayesində, 10 il də dənizdə hidrotexniki qurğularla əlaqədar tikinti-quraşdırma idarəsində işləmişəm. Bunları deməkdə məqsədim budur ki, bu yanğın və partlayışları tam dəqiq araşdıra bilmirlər. Mən bu gün Səngəçal Baş Qurğuları-Qazıməmməd magistral qaz kəmərində baş verən partlayış və yanğınla bağlı verilən rəsmi açıqlamanı oxudum. Onlar qeyd ediblər ki, problem boruda, ya da ərazidən ola bilər. 

Qeyd edim ki, bu problemlərin hər ikisi onların öz günahlarıdır. Onlar dedikləri bu problemi ya başa düşmürlər, ya da başqa əlacları yoxdur. Çünki magistral qaz kəmərində diametri 100 mm olan borunun seçilməsi, bu borunun keyfiyyəti, harada istehsal olunması kimi məsələlər var. Yəni bilinməlidir ki, alınan boru yüksək təzyiqli qaza davam gətirə biləcək ya yox. Bildiyimiz kimi Azərbaycan ərazilərindən böyük qaz və neft boruları geçir. Bunlara Cənub Qafqaz qaz kəməri, Bakı-Tbilisi-Ceyhan neft kəməri və s. misal demək olar. Düzdür bunları içərisində nəql olunan məhsullarla əlaqədar bir-biri ilə müqayisə etmək olmaz. Amma bu qədər yüksək təzyiqli qaz kəmərində qazın nəqli üçün seçilmiş borulara mənim şübhəm var. Bu onların birinci izahatına cavab.

Mirvari Qəhrəmanlı: “Səngəçal qəsəbəsində magistral qaz kəmərlərinə yaxın yerlərdə yaşayan əhalinin tədricən köçürülməsi başlanılmalıdır”.


İkinci problem kimi də ərazini deyirlər. Adi su kəməri belə çəkiləndə torpağın ekspertiziyası aparılır. Əgər onlar kəmərin çəkilməsi üçün ərazini də seçəndə səhv ediblərsə, deməli magistral qaz kəmərində baş verən partlayış və yanğınların günahın tikinti-quraşdırma işləri ilə məşğul olan və həmin tikinti idarəsinin təhcizatı ilə məşğul olan qurumlarda axtarmaq lazımdır. Yəni ki, problem borudadırsa da, ya da ərazidədirsə, deməli ən böyük günahkar elə özləridir. Çünki borunu çəkən tikinti-quraşdırma idarəsin, sifarişçini düzgün təyin etmək lazımdır. Layihələşdirilmə işləri düzgün aparılmalıdr. Tikinti işləri aparılan ərazi diqqətlə seçilməlidir. Həmin ərazi əvvəlcədən öyrənilməli idi ki, burada zəlzələ olma ehtimalı nə qədərdi, yaxud da suxurlar var yoxsa yox.

Onu da qeyd edim ki, partlayış və yanğın baş verən magistral qaz kəmərinə yaxın yaşayış massivləri və qaz emalı zavodu var. Mən hesabat hazırlayıram və öyrənmişəm ki, həmin qaz emalı zavodu ərtaf mühiti çirkləndirdiyinə görə 6 min manata yaxın cərimə olunub. Həmin ərazidə olan əhali də köçürülməlidir. Son 2 partlayışda əhali xəsarət almadısa da, gələcəkdə belə bir hal olanda əhalinin xəsarət alması istisna deyil. Buna görə də mən düşünürəm ki, Səngəçal qəsəbəsində magistral qaz kəmərlərinə yaxın yerlərdə yaşayan əhalinin tədricən köçürülməsi başlanılmalıdır. Yerli əhalinin mənə verdiyi məlumata görə partlayış baş verəndə oradakı bütün əhalı bayırda olub. Çünki evlərin tavanları tərpənirmiş. Bu məsələ ilə bağlı həm Səhiyyə Nazirliyi, həm də Ekologiya və Təbii Sərvətlər Nazirliyi məşğul olmalıdır. Sonra da təklif verilməlidir ki, əhali o ərazilərdən köçürülsün”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar