Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qardaşımın evində qətl hadisəsi baş verməyib“


”Belə hadisə ola da bilməz. Bu xəbəri yazanlarda azərbaycanlı qanı yoxdur. Başqa bir şey deyə bilmərəm. Yalan və iftiradır”


Bunu Azvision.az-a açıqlamasında millət vəkili Elton Məmmədov qardaşı Nəriman Məmmədovun evində qətl törədilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

Deputat hesab edir ki, bu kimi xəbərlərin yayılması təsadüf deyil, onların ailəsinə qarşı aparılan kampaniyanın tərkib hissəsidir. 

“Həmin insanlara sadəcə demək istəyirəm ki, əsl azərbaycanlı ölkəsinə sadiqliyi üçün müyyən mövqedə olmalı, Azərbaycana sadiqliyini qorumalıdır. Belə iftiralar, yalanlar ümumilikdə dövlətçiliyin müəyyən sütünlarının laxlamasına gətirib çıxara bilər. Qətiyyən belə şeyə yol vermək olmaz”. 

E.Məmmədovun fikrincə, jurnalistlər bu kimi yazılar yazan həmkarlarını qınaq atəşinə tutmalıdırlar: “Bu tipli yazılara son qoysunlar, ayıbdır. Əsası olmayan, hüquqi bazaya söykənməyən xəbəri xalqa çatdırıb, ictimailəşdirmək olmaz. Ən azından bunlar etik normalarına ziddir, jurnalist etikasına yaraşmır. Odur ki, həmin jurnalstlərlə bizlər yox, sizlər mübarizə aparmalısınız. Biz onsuz da mübarizə aparırıq” . 

Qeyd edək ki, bu gecə Qusar rayonunun Çiləgir kəndində qətl hadisəsi baş verib. Anspress-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə gecə saatlarında qeydə alınıb. Kənddə yerləşən evlərin birində Bakı sakini, 1945-ci il təvəllüdlü Ramiz Gülməmməd oğlu Vəliyev ov silahından atılan güllə yarasından dünyasını dəyişib. Məlumat daxil olan kimi hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Araşdırmalar zamanı məlum olub ki, qətli 1967-ci il təvəllüdü Eynulla Cahangir oğlu Hacıyev törədib. Hadisəni törədəndən sonra Eynulla Hacıyev hadisə yerindən qaçıb. Hazırda polis qətli törətməkdə şübhəli bilinən Eynulla Hacıyevin axtarışlarına başlayıb. Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

Məlumata görə, qətl hadisəsi Ziya Məmmədovun qardaşı Nəriman Məmmədovun evində baş verib. 

Xatırladaq ki, deputat Elton Məmmədov və Nəriman Məmmədov nəqliyyat naziri Ziya Məmmədovun qardaşlarıdır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar