"Qarabağ"ın sabiq futbolçusu İnnosent Emeqara yeni komanda tapıb
PİA.AZ goal.az-a istinadən xəbər verir ki, isveçrəli futbolçu bu dəfə fərqli ölkəyə üz tutub. Son olaraq ABŞ-ın "San Jose" klubunda oynayan forvard karyerasını Kiprdə davam etdirəcək.
O, ölkənin "Ermis Aradippou" klubu ilə anlaşıb. 2014/15 mövsümündə "Qarabağ"ın heyətində 7 oyun keçirən və 4 qol vuran futbolçu Larnaka təmsilçisi ilə 1 illik müqavilə imzalayıb.
pia.az