Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qarabağ”ın oyunundan sonrakı “zibil dağı”nın səbəbi bilindi


Məhəmməd Türkmən: “Hər girişin yanında zibil qutuları olmalıdır...”


Xəbər verdiyimiz kimi, avqustun 15-də Çempionlar Liqasının pley-off mərhələsinin oyunları keçirilib. Təmsilçimiz “Qarabağ” klubu Danimarka çempionu “Kopenhagen”lə qarşılaşıb. Tofiq Bəhramov adına stadionda keçirilən oyunun həyəcanını bilet tapanlar stadionda, tapmayanlar isə televiziya başında yaşadılar.

Amma oyundan bir gün sonra sosial şəbəkədə yayılan bir mənzərə antisanitariya rəzalətini üzə çıxardı. Məlum oldu ki, matça gedən azarkeşlərin su butulkalarından ibarət “zibillik dağı” “Gənclik Mall”ın düz qarşısındadır. Bu mənzərənin yaranmasında azarkeş məsuliyyətrsizliyi, yoxsa zibil qutularının yetərsizliyi faktor kimi rol oynayıb sualı isə hələ də insanı düşündürür. Bu mənzərənin dünya ölkələrindəki bütün irimiqyaslı matçlardan sonra yaşandığı da səslənən arqumentlər sırasındadır. Amma durum bizim təxmin etdiyimiz qədər də bəsit deyil...

Bu matçları mütəmadi olaraq stadiondan izləyən “Yeni Müsavat” qəzetinin əməkdaşı Məhəmməd Türkmən bizə açıqlamasında yaranmış mənzərənin səbəbini təhlil etdi. Həmkarımız bildirdi ki, bütün dünyada qəbul olunan qaydaya görə, azarkeşlər stadiona qablaşdırılmış su qutuları, alışqan, fişəng, bıçaq və buna bənzər əşyalarla girə bilməzlər. Onun sözlərinə görə, bu qadağa oyun zamanı hər hansı bir azarkeşin hirslənib, futbolçuya, hakimə və ya başqa bir azarkeşə ziyan verməməsi üçün tətbiq edilir: “Dünənki(srağagünkü-S.T.)  matçda da vəziyyət eyni idi. Zibil ”dağlarının" yaranma səbəbi də bu qadağalardır. Amma bunu daha səliqəli etmək olar. Məsələn, 31200 azarkeş tutumu olan stadionun ərazisində olan zibil qutuları heç 10 min adama bəs etmir. Girişdə də vəziyyət eynidir. Su qutuları ilə içəri keçə bilməyən azarkeşlər qutuları öz sıralarını çox da tərk etmədən yaxın əraziyə atmağa məcbur oldular. Nəzərə almaq lazımdır ki, 30 min azarkeş stadiona girməyə çalışır. Orada 1-2 saat sıra olur. Kimsə sıradan çıxmaq istəmir. Əraziyə də ən yaxın zibil qutuları 100-150 metr kənardadır. Hansı ki, oyundan sonra oranın da tam dolu olduğunu gördük. Azarkeşlərin stadiona daxil olduqları yerdə isə ümumiyyətlə zibil qutuları yada düşməyib. Yüzlərlə su qutusu bir yerə toplanandan sonra bir neçə plastik zibil qutusu gətirdilər. Onları da boşaldan yoxdursa heç bir işə yaramır".

M.Türkmən bir azarkeş və jurnalist olaraq stadion rəhbərliyinə də müraciət etdi. Dedi ki, rəhbərlik 90 dəqiqdən çox futbola baxan azarkeşlərin də su içməli və nəsə yeməli olduğunu nəzərə almalıdır: “Üstəlik bu istidə susuz qalmaq olmur. Deməli, buna bir çarə düşünülməlidir. Matça minlərlə adam gəlir. Oxşar mənzərənin yaranmaması üçün qapılar azı 4-5 saat öncədən açılmalıdır. Hər girişin yanında zibil qutuları olmalıdır. Dolan kimi dərhal boşaldılmalıdır. Hər şeyə çarə var. Əsas odur ki, istəsinlər”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar