Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qarabağ” əks-hücumlara üstünlük verəcək”


"Qarabağ"ın əks-hücumlara üstünlük verəcəyini və qol vurmaq üçün imkan axtaracağını düşünürəm. Bacarsalar, biz üç qol vurmalı olacağıq"


PİA.AZ goal.az-a istinadən xəbər verir ki, bunu Danimarkanın "Kopenhagen" klubunun futbolçusu Nikolay Boylesen "Qarabağ"a qarşı keçirəcəkləri Çempionlar Liqasının "pley-off" mərhələsinin cavab oyununu şərh edərkən deyib.

Paytaxt təmsilçisinin rəsmi saytına açıqlama verən 25 yaşlı müdafiəçi bildirib ki, "Kopenhagen" ön xətdə öz oyununu tapmalıdır: "Ölkə çempionatının son turunda "Sonderyuske" ilə görüşün ilk yarısında bunu bacardıq. Bu, hələlik mövsümdə ən yaxşı oyunumuzdur. Digər ev matçları ilə müqayisədə daha çox topla davrandıq, təzyiq etdik və qollar vurduq. Bunu "Qarabağ"la oyunda da etməliyik. Bizi irəli aparacaq qolu vurmalıyıq".

Boylesenin fikrincə, "Sonderyuske" ilə matçın sonlarında iki qol vuraraq, qələbə qazanmaları "Kopenhagen"ə çoxlu sayda azarkeş önündə "Qarabağ"a qarşı keçirəcəkləri cavab görüşü üçün də impuls verir: "Azarkeş amili ilk matçda rəqibə kömək oldu".

Qeyd edək ki, ötən şənbə Danimarka çempionatının VI turu çərçivəsində evdə "Sonderyuske"ni 3:2 hesabı ilə məğlub edən "Kobenhagen" növbəti görüşünü elə "Parken" stadionunda "Qarabağ"a qarşı keçirəcək. Avqustun 23-də baş tutacaq cavab oyunu Bakı vaxtı ilə saat 22:45-də başlanacaq. Bu komandalar arasındakı ilk matçda "Qarabağ" qalib gəlib - 1:0.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

Ən çox oxunanalar