“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununu keçirəcəyi Danimarkaya bu gün gedəcək
“Qafqazinfo” xəbər verir ki, avqustun 23-də səfərdə “Kopenhagen”lə qarşılaşacaq Ağdam klubu axşam saatlarında çayter reysi ilə Kopenhagenə yola düşəcək.
Təmsilçimizin sabah axşam oyunun keçiriləcəyi stadionda məşqi nəzərdə tutulub.
Qeyd edək ki, "Kopenhagen" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
pia.az