Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qarabağ”-“Çelsi” oyununa 400 avtobus ayrılacaq


UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - "Çelsi" oyununu izləyəcək azarkeşlərin qarşılaşma bitdikdən sonra daşınması ekspress xətt avtobusları ilə həyata keçiriləcək


Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, ekspress xətt avtobusları Bakı Olimpiya Stadionun ərazisindən 3 istiqamətdə metronun "Qara Qarayev", "20 yanvar" və "28 may" stansiyaları istiqamətində hərəkət edəcək.

"Ekspress xətt avtobuslarından istifadə edəcək tamaşaçılar oyundan sonra stadionun şimal çıxışı istiqamətində (Böyük Şor gölünə doğru olan körpü) hərəkət etməlidirlər. Tamaşaçılara Şimal çıxışında ekspress xətt avtobuslarının hərəkət istiqamətini bildirən məlumat lövhələrinə diqqət yetirmələri xüsusi ilə tövsiyə edilir. Məlumat üçün bildiririk ki, şimal çıxışından sol istiqamətdə metronun “Qara Qarayev”, sağ istiqamətdə “28 May”, üzbəüz yolda isə “20 yanvar” stansiyasına gedəcək avtobuslar sərnişinlərə xidmət göstərəcək. Sərnişinlərin vaxtında və rahat daşınması üçün 3 ekspress xətt üzrə ümumilikdə 400-dən artıq avtobus ayrılıb", - deyə məlumatda qeyd olunub.

Bundan başqa, Bakı Olimpiya Stadionuna şəxsi avtomobili ilə gələn tamaşaçılara nəqliyyat vasitələrini İctimai Nəqliyyat Terminalında park etmələri tövsiyə olunur: “Oyun günü "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi də fəaliyyətini davam etdirəcək. BNA azarkeşlərə stadiona gələrkən mümkün qədər ictimai nəqliyyatdan istifadə etməyi, eyni zamanda hərəkətin təhlükəsizliyi ilə bağlı bəzi qaydalara mütləq şəkildə əməl etmələrini tövsiyə edir".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar