Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qarabağla bağlı icra olunmamış 4 qətnamə BMT qarşısında qaldırılmalıdır”

Qabil Hüseynli: “Azərbaycan bu məsələni qəti şəkildə tələb etməklə ciddi uduşlar əldə edə bilər”


Dağlıq Qarabağ məsələsində 22 ildir mövcud olan status-kvonun bundan sonra saxlanmaması və problemin ədalətli həlli üçün Azərbaycanın hərbi gücünü göstərməsi ilə yanaşı, diplomatik savaşda da hücum mövqeyində olması vacib şərtlərdən sayılır.

 Azərbaycanın diplomatik savaşda hücum mövqeyində malik olduğu silahlardan biri də Birləşmiş Millətlər Təşkilatının (BMT) 1993-cü ildə ard-arda qəbul etdiyi  822, 854, 774, 784 saylı qətnamələr olmalıdır. Bu qətnamələrdə Azərbaycan ərazilərinin işğal olunduğu qeyd olunmaqla yanaşı, erməni silahlı birləşmələrinin Azərbaycan ərazilərindən çıxarılması tələbi əksini tapır. 

Politoloq Qabil Hüseynli bu mövzuda “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Azərbaycan bu qətnamələrin indiyədək icra edilməməsi və yaxın zamanlarda icra edilməsi məsələsini BMT qarşısında qaldırmalıdır: “BMT-nin qəbul etdiyi 4 qətnamə-822, 854, 774, 784 saylı qətnamələr Ermənistanın Azərbaycana hərbi təcavüzünü açıq-aydın etiraf edir. Eyni zamanda erməni silahlı qüvvələrinin tezliklə Azərbaycan ərazilərindən çıxarılması və Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi həmin qətnamələrin hər birində vurğulanır. O zaman mən xatırlayıram ki, mərhum prezident Heydər Əliyev həmin qətnamələrin hər birinin geniş şərh edilməsini və ictimaiyyətə çatdırılmasını bizə tapşırırdı. Onun özü də bu məsələnin çox böyük tarixi əhəmiyyətə malik olduğunu və Qarabağ danışıqlarında, diplomatik savaşda bizim əlimizdən tutacağını birmənalı qaydada bildirirdi. Mən şəxsən şahidiyəm ki, Heydər Əliyev ABŞ-a səfərində prezident Bill Klintonla görüşündə, BMT-də çıxışı zamanı BMT-nin həmin o 4 qətnaməsi məsələsini ciddi surətdə qaldırırdı və qətnamələrin yerinə yetirilməsini təkidlə tələb edirdi. Məsələ burasındadır ki, BMT öz qətnamələrinə əməl edilməsinin üzərində ciddi dayanmaq əvəzinə Qarabağ probleminin fələstinləşdirilməsi kimi yanaşmağa başladı. BMT İsrailin Fələstin torpaqlarını işğal etməsinə dair çoxsaylı qətnamələr qəbul edib, həmin qətnamələrin də bir çoxu 10 illərdir yerinə yetirilməyib. Azərbaycan diplomatiyası ciddi şəkildə bu məsələnin üzərinə getməlidir”. 

Politoloq vurğuladı ki, BMT-nin Dağlıq Qarabağ problemini öz üzərindən atması və bunu ATƏT-ə tapşırması həmin qətnamələrin icra olunmamasında öz təsirini göstərib: “BMT guya ATƏT-ə mandat verdi ki, Dağlıq Qarabağ probleminin həll edilməsi ilə bağlı xüsusi bir qrup yaratsın. Belə bir qrup da Minsk Qrupu oldu. Minsk Qrupu da Qarabağ problemini həll etmək əvəzinə on illərlə uzanmasına səbəb oldu. Əslində qətnamədən kənar bir tədbir keçirib Ermənistanı işğalçı dövlət elan etmək lazım idi. BMT Nizamnaməsinin müddəalarında da işğalçı dövlətə qarşı sanksiyalar, bölgəyə BMT-nin sülhməramlı qüvvələrinin yerləşdirilməsi və buna bənzər digər məhdudlaşdırıcı tədbirlər nəzərdə tutulur. Lakin qətnamələrin icra olunması üçün BMT-nin prinsipial olmasının şahidi olmadıq. BMT ATƏT-ə mandat verməklə, bütövlükdə bu problemin çözümünü ATƏT-in Minsk Qrupuna tapşırmaqla bir növ yaxasını problemlərdən kənara çəkdi. Bununla da məsələ bu qədər uzandı və gəlib indiki vəziyyətə çatdı. Dağlıq Qarabağ probleminin həlli məsələsinin BMT müstəvisindən çıxarılıb ATƏT-in müstəvisinə keçirilməsi, praktika göstərdi ki, səmərə vermədi. Minsk Qrupu həmsədrlərinin bəziləri faktiki olaraq ermənilərin yanındadır və işğalçı dövləti müdafiə edirlər. Hətta status-kvonun dəyişməsinə və problemin həllinin yaxınlaşmasına mane olan qüvvələr elə ATƏT-in Minsk Qrupunun üç həmsədrindən ikisi-Rusiya və Fransadır”.

Q.Hüseynli qeyd etdi ki, BMT-nin qəbul etdiyi qətnamələrin icrasının vəziyyəti haqqında məsələ ya BMT Təhlükəsizlik Şurasında, ya da BMT Baş Məclisinin sessiyasında gündəmə gətirilməlidir: “Baş Məclis özünün funksiyasına görə ali orqandır. Təhlükəsizlik Şurası isə cari məsələləri idarə etmək üçün operativ surətdə toplanan bir orqandır. Baş Məclis BMT-nin bütün qurumlarına nəzarət etmək səlahiyyətlərinə malikdir. Ona görə də Azərbaycanın torpaqlarının işğal edilməsinin təsdiq olunduğu və işğal olunmuş ərazilərdən erməni qoşunlarının çıxarılması tələbinin əksini tapdığı 4 qətnamənin hələ də yerinə yetirilməməsi məsələsinin BMT Baş Məclisinin növbəti toplantısına çıxarılmasına Azərbaycan diplomatiyası nail ola bilər. Azərbaycan bu məsələni qəti şəkildə qaldırmaqla ciddi uduşlar əldə edə bilər. BMT-də Azərbaycanın tərəfdarları da həddən artıq çoxdur. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına keçici üzvlüyü də orada müdafiə edilib dəstəklənmişdi. Düzdür, BMT Baş Məclisinin növbəti toplantısı hələ sentyabr ayında olacaq, ona qədər məsələnin Təhlükəsizlik Şurasının iclaslarının birində gündəliyə salınmasını gündəliyə çıxarmaq olar. 

Dünyada sülhün və təhlükəsizliyin keşiyində dayanan BMT-dir. Dünyanın ən böyük beynəlxalq təşkilatının Qarabağla bağlı 4 qətnaməsinin dördü də Ermənistanın təcavüzkar olduğunu və Azərbaycanın torpaqlarını işğal etdiyini isbatlayan faktlarla doludur. Ona görə də biz Dağlıq Qarabağ probleminin BMT-nin 4 qətnaməsi və beynəlxalq hüquq çərçivəsində həll edilməsini irəli sürürük. Azərbaycan diplomatiyası hər dəfə vurğunu ayrı-ayrı dövlət başçılarının subyektiv mülahizələrinə yox, məhz BMT-nin məlum 4 qətnaməsində qeyd olunanlara, eyni zamanda beynəlxalq hüquqa vurmalıdır. Azərbaycanın diplomatik savaşda BMT qətnamələrini önə çəkməsi və bu qətnamələrin icrası məsələsini BMT qarşısında qaldırması Ermənistan  üzərində diplomatik müstəvidə də qələbə çalmamızda çox ciddi amil ola bilər".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar