Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qarabağdakı separatçı rejim İŞİD və PKK-dan daha təhlükəlidir”


“Bəzi Avropa dövlətləri Dağlıq Qarabağdakı separatçı rejimin nümayəndələrini himayə edirlər, onların xaricə səfərlərini təşkil edirlər”


Bunu Publika.az-a açıqlamasında Milli Məclisin Dağlıq Qarabağdan seçilmiş deputatı, Qarabağ müharibəsi veteranı Elman Məmmədov bildirib.
 
Deputat deyib ki, həmin Avropa dövlətləri öz ölkələrində keçirilən tədbirlərə Qarabağdakı separatçı və tanınmayan rejimin nümayəndələrini dəvət edirlər. E.Məmmədov bütün bunların işğalçılıq və separatçılıq siyasətinə açıq dəstək olduğunu söyləyib: 

“Bütün bunlar bir daha sübut edir ki, həmin Avropa dövlətləri öz mənafeləri naminə bəzi ölkələrdəki problemli ərazilərdə münaqişə ocaqları, separatçı və terrorçu təşkilatlar yaradırlar. Bu gün Dağlıq Qarabağdakı separatçı rejim İŞİD, PKK və digər terrorçu təşkilatlardan heç də az təhlükəli deyil. Əksinə, mən deyərdim ki, daha da təhlükəlidir. Həmin separatçı rejim 20-25 il öncə bütün dünyanın gözü qarşısında Azərbaycan ərazilərində Xocalı soyqırımı kimi terror törədib. İndi Qarabağda mövcud olan separatçı rejim ASALA terror təşkilatının üzvləridir. Bu terrorçulara dünya birliyi “son” deməlidir. Əks halda dünyada terrorla mübarizədə ədalətli yanaşma mümkün olmayacaq”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - Video

Ən çox oxunanalar