Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qarabağda vəziyyət elə gərgindir ki, hansısa artilleriya yaylım atəşi açılsa...”


Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə nizamlanması imkanı 20 il bundan əvvələ nisbətən indi daha məhduddur. Manevrlər üçün məkan daralır və burada ən kəskin, ən ağrılı məsələ budur ki, ermənilər təkcə Dağlıq Qarabağın özünü nəzarətdə saxlamırlar


Bu fikirlə “Azadlıq” radiosunun “Exo Kavkaza” proqramına müsahibəsində Qarabağ üzrə nüfuzlu britaniyalı ekspert, Karnegi fondunun elmi əməkdaşı Tomas de Vall çıxış edib.

Ekspert 30 il bundan əvvəl Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxmaq barədə separatçı qərarından sonra münaqişənin necə inkişaf etdiyinə və hansı mərhələyə gəlib çatdığına nəzər salıb.

“Mən belə düşünürəm ki, münaqişənin istənilən həll variantında Dağlıq Qarabağ ermənilərin nəzarəti altında qalacaq. Lakin burada Dağlıq Qarabağ ətrafındakı ərazilərin məsələsi də var, hansı ki, həmin ərazilər Dağlıq Qarabağ muxtariyyətinin tərkibində olmayıblar. Bu Azərbaycan rayonları da erməni qoşunlarının işğalı altındadır. Əlbətdə, Azərbaycan bu ərazilərin itirilməsi ilə heç vaxt barışmayacaq, hansı ki, orada yarım milyondan çox azərbaycanlı yaşayıb və onlar indiyə qədər qaçqın statusundadır. Digər tərəfdən erməni tərəfi möhkəm təhlükəsizlik təminatı almasa bu rayonları qaytarmaz. Hesab edirəm ki, 20 il bundan qabaq məsələni həll etmək daha sadə idi, nəinki indi”-Tomas de Vall bildirib.



Ekspert qeyd edib ki, hərbi əməliyyatların yenidən başlanması riski həmişə yüksək olaraq qalır. Onun fikrincə AzərbaycanErmənistan prezidentləri müharibə istəmirlər. “Kim riksə gedib bu cür təhlükəli münaqişəni alovlandırmaq istəyər? Hansı ki, kütləvi insan tələfatına və dağıntılara gətirib çıxaracaq. Lakin digər tərəfdən münaqişədə gərginlik dərəcəsi çox yüksəkdir. Qarşılıqlı sözlü təhdidlər və təmas xəttinə ağır silahların-artilleriyanın, aviasiyanın cəmləşdirilməsi. Orada çox ciddi militarizasiya gedir. Bu da o deməkdir ki, cəbhədəki komandirlərin də öz çəkisi var-birdən hansısa artilleriya yaylım atəşi açılsa, atəşkəsin hansısa ciddi pozulması halı baş versə o, təcili qərar qəbul etməlidir, ola bilsin bu zaman o heç Bakıya və ya Yerevana zəng vurmağa da imkan tapmasın. Və bu situasiyada əlbətdə ki, risk çox böyükdür”-britaniyalı ekspert deyib.



Tomas de Vall bildirir ki, xarici oyunçular Qarabağ münaqişəsinin təhdid olduğunu görür. Lakin Vaşinqtonda, Brüsseldə və digər paytaxtlarda prioritetlər başqadır-Suriya, İran, Şimali Koreya və əlbətdə ki, Ukrayna.

“Münaqişənin alovlanması riski yüksək olaraq qalır və mənim fikrimcə indi bu məsələyə daha çox diqqət ayırmaq, daha ços səy göstərmək daha yaxşı olardı, nəinki nə vaxtsa birdən münaqişə alovlanandan sonra”-Tomas de Vall əlavə edib.(virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar