Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qarabağda hərbi əməliyyatların bərpası qaçınılmaz məcraya girir” - Keçmiş xarici işlər naziri



Tofiq Zülfüqarov: “Ermənistan rəhbərliyi hazırda yürütdüyü siyasətdən vaz keçməzsə, müharibə qaçınılmazdır”


İbrahim Rüstəmli: “Qarabağ münaqişəsinə rəğmən dünyada və beynəlxalq aləmdə hökm sürən ikili standartlar, ciddi proqnozlar verməyə çətinlik törədir”.

Son günlər cəbhə xəttində vəziyyətin gərginləşməsi müşahidə edilir. Ermənistan tərəfinin hərbi texnika və piyada qoşunlarını təmas xəttinə toplaması yaxın günlərdə hərbi toqquşmanın ola biləcəyi ehtimallarını artırır. Müdafiə naziri Zakir Həsənovun cəbhə xəttində görünməsi vəziyyətin daha da gərginləşəcəyinə bir işarədir. Ekspertlər belə hesab edirlər ki, son günlər düşmənlə təmas xəttində baş verən gərginliyin əsas səbəbi Ermənistanın siyasi elitasının xalqın gözündən düşməsidir. Belə ki, cinayətkar hakimiyyət xalqı müharibə xofunda saxlamaq istəyir. Həmçinin son həftələrdə cəbhədə yaranan gərginlikdən sonra həmsədrlər yenidən aktivləşib. Yəni həmsədrlər prezident İlham Əliyevlə görüşdülər və sonra ayrı-ayrılıqda bəyanatla çıxış etdilər. 

Cəbhədə hökm sürən gərginlik nə zamana qədər davam edə bilər və regionda marağı olan dövlətlər müzakirələrdə irəliləyişə nail ola biləcəklərmi? Artıq beynəlxalq aləmdə də Qarabağda böyük savaşın başlama ehtimalının artması ilə bağlı müxtəlif səslər eşidilməkdədir. 2017-ci ildə Qarabağda müharibə ehtimalını necə dəyərləndirmək olar?

Bu mövzu ilə bağlı  PİA.AZ-ın əməkdaşı keçmiş xarici işlər naziri, politoloq  Tofiq Zülfüqarova və ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert İbrahim Rüstəmliyə müraciət edib.

Картинки по запросу tofiq zülfüqarov

Tofiq Zülfüqarov: “İndi təkcə Azərbaycan yox beynəlxalq ictimaiyyət, beynəlxalq qurumlar da Ermənistanın  atdığı addımların hərbi əməliyyatların başlanmasına apardığını başa düşürlər”.


Keçmiş xarici işlər naziri mövzu ilə bağlı qeyd edib ki, ya Azərbaycan Dağlıq Qarabağda işğalı sona çatdırcaq, yəni öz ərazilərin azad edəcək. Ya da beynəlxalq ictimaiyyət Ermənistana lazımi şəkildə təzyiq edəcəklər ki, onlar bu işğalçı siyasətlərindən dönsünlər:

“Birinci onu qeyd edim ki, erməni mənbələri belə bir məlumat yayıblar ki, Dağlıq Qarabağla bağlı Fransa tərəfindən təklif verilib. Fransanın verdiyi təklifin əsas məğzi də 5 rayonun statusunun dəyişdirilməsidir. Onu izah edim ki, ümumiyyətlə Azərbaycan-Ermənistan Sülh Platforması üç mərhələdən ibrətdir. 

1. Atəşkəsin əldə olunmasıdır. Bu atəşkəs də əldə olunub.

2. Birinci mərhələnin sazişidir. Bu sazişdə konflik tərəflər hərbi-texniki məsələləri həll edirlər. Misal üçün hərbi bölmələrin bu rayondan o biri rayona keçməsinə nəzarət edilməsi, təmas xəttinin konfiqurasiyası, uçuşdan azad zonanın elan olunması, sülh məramlı əməliyyatın başlanması və digər məsələlər bu mərhələdə nizamlanmalıdır. Bununla bağlı da artıq deyilənə görə müvəqqəti status əldə olunub. 

3. Bu mərhələlər həyata keçəndən sonra üçüncü mərhələ gəlir. Bu mərhələ də yekun sülhün əldə olunmasıdır. 

Həmçinin onu da qeyd edim ki, yekun sülh üçün Minsk konfransının keçirilməsi nəzərdə tutulub. Bu konfransda da yekun olaraq siyasi statusun əldə olunmasına çalışılacaq. Yəni Minsk konfransında hamı razılıq verilməlidir və verilən təminatlar əsasında sülh sazişi imzalanmalıdır və bu sazişə Minsk qrupana daxil olan ölkələr qarant olaraq sülh sazişinə imza atmalıdırlar. Bundan sonra da Dağlıq Qarabağın siyasi statusu qüvvəyə minməlidir. Ermənilər isə bu mərhələləri şərh edəndə çalışırlar ki, 2-ci mərhələdə nəzərdə tutulan müvvəqəti status məsələsini önə çəkirlər ki, guya yekun status məhz ikinci mərhələdən ibarətdir. Ermənilər bu cür addımlarla çalışırlar ki, beynəlxalq ictimaiyyəti reallıqdan uzaqlaşdırsınlar və aldatsınlar. 

Tofiq Zülfüqarov: “Beynəlxalq ictimaiyyət, beynəlxalq təşkilatlar, həmsədrlər və həmsədrlərin təmsil olduqları ölkələr Ermənistana elə təzyiq göstərməlidirlər ki, hərbi əməliyyatlar yenidən başlamasın”.


Bu il Qarabağda böyük savaşın başlama ehtimalının iki tərəfi var. Mən də çoxları kimi fikirləşirəm ki, artıq Ermənistan rəhbərliyinin yürütdüyü siyasət sülh və danışıqlar prosesini o məqama gətirib çıxardıb ki, hərbi əməliyyatların bərpası qaçınılmazdır. Amma eyni zamanda ümidverici hal ondan ibarətdir ki, indi  təkcə Azərbaycan yox beynəlxalq ictimaiyyət, beynəlxalq qurumlar da Ermənistanın  atdığı addımların hərbi əməliyyatlara aparmasın başa düşürlər. Əgər imkanları nəzərdən keçirtsək, görəcəyik ki, iki imkan var. Ya Azərbaycan Dağlıq Qarabağda işğalı sona çatdırcaq, yəni öz ərazilərin azad edəcək. Ya da beynəlxalq ictimaiyyət Ermənistana lazımi şəkildə təzyiq edəcəklər ki, onlar bu işğalçı siyasətlərindən vaz keçsinlər. 

Mən də istərdim ki, hərbi əməliyyatlar bərpa olunmasın və beynəlxalq ictimaiyyət, beynəlxalq təşkilatlar, həmsədrlər və həmsədrlərin təmsil olduqları ölkələr Ermənistana elə təzyiq göstərsinlər ki, hərbi əməliyyatlar yenidən başlamasın. Amma Ermənistan rəhbərliyi hazırda yürütdüyü siyasətdən vaz keçməsə, müharibə qaçınılmazdır”.

Картинки по запросу ibrahim rüstəmli

İbrahim Rüstəmli: “Hər bir həmsədr istisnasız olaraq Qarabağ münaqişəsinə sadəcə qazanc və siyasi tramplin vasitəsi kimi baxır”.


Mövzu ilə bağlı PİA.AZ-a fikirlərini açıqlayan hərbi ekspert İbrahim Rüstəmli qeyd edib ki, Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək məqsədilə istər siyasi, istərsə də hərbi baxımdan Ermənistanı davamlı olaraq daim ciddi təsir və təzyiq altında saxlamalıdır:

“Qarabağ münaqişəsinin həllində həmsədr ölkələrin fəaliyyətini heç vaxt yüksək qiymətləndirməmişəm.  Fikirlərimdə əsaslı redaktələr üçün bu gün də ciddi ipucları görmürəm. Hər bir həmsədr istisnasız olaraq Qarabağ münaqişəsinə sadəcə qazanc və siyasi tramplin vasitəsi kimi baxır. Əgər onlar münaqişənin sülh yolu ilə ədalətli həllinin tərəfdarı olsaydılar, indiyədək qəbul olunmuş qətnamələri, ən əsası, Azərbaycanın ərazi bütövlüyünün tanınması faktını qabardar, bununla da, təzavüzkar Ermənistana hərtərəfli təsir və təzyiq göstərərdilər. 

O ki qaldı cəbhədə hökm sürən gərginliyə, əslində bu gərginliyin ötən illər ərzində nə vaxtsa səngidiyini vurğulamaq tamamilə yersiz görünərdi. Çünki Azərbaycan rəsmi şəkildə işğal faktı ilə barışmayacağını dəfələrlə bəyan edib. Kimlərdəsə təmas xəttində vəziyyətin gərginləşməsi qənaəti yenicə formalaşıbsa, deməli, o adamlar  problemin mahiyyətini hələ də tam dərk etməyiblər. Bu mənada Azərbaycan dövlətinin prinsipial mövqeyi ən ali səviyyədə dəstəyə və alqışa layiqdir. 

İbrahim Rüstəmli: “Böyük savaşa yalnız siyasi qərarlarla start verilə bilər”.


Azərbaycan hərbi təcavüzə məruz qalmış bir ölkə kimi işğal altındakı torpaqlarının qeyd-şərtsiz boşaldılması tələbini irəli sürməkdə və bunun üçün lazım olan zəruri addımları atmaqda tamamilə haqlıdır. Bu haqqı kimsə əlimizdən ala bilməz. O ki, qaldı Qarabağda böyük savaşın başlaması ehtimalına, böyük savaşlara yalnız siyasi qərarlarla start verilə bilər. Qarabağ münaqişəsinə rəğmən dünyada və beynəlxalq aləmdə hökm sürən ikili standartlar, bu mənada ciddi proqnozlar verməyə çətinlik törədir. Qeyri-müəyyənlik diqqəti əsas məqsəddən yayındırır. 

Bircə o gün kimi aydındır ki, Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək məqsədilə istər siyasi, istərsə də hərbi baxımdan Ermənistanı davamlı olaraq daim ciddi təsir və təzyiq altında saxlamalıdır”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə açıqlama

Ən çox oxunanalar