Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qarabağda genişmiqyaslı hərbi toqquşmaların baş verməsi halı artır” – Politoloq

Elxan Şahinoğlu: “Ermənistanı sülhə məcbur etməyin tək yolu güc yoludur”


 “Rusiyanin Ermənistana təsir etmək fikri olmadığına görə tərəfləri danışıqlar masasına oturtmur”.

Bu sözləri politoloq Elxan Şahinoğlu Dağlıq Qarabağda yeni müharibə ehtimallarını dəyərləndirərkən bildirib. 

Qeyd edək ki, son günlər münaqişəyə cəlb olunan tərəflərdən, eyni zamanda münaqişənin həllində vasitəçi olan ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri olan Rusiyadan tez-tez müharibə anonsları eşidilir. 

PİA.AZ-ın əməkdaşı bu mövzunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu ilə  müzakirə edib.

Image result for elxan şahinoğlu


Elxan Şahinoğlu: “Əsas məsələ Ermənistanın hansısa şərt irəli sürmədən Dağlıq Qarabağdakı əraziləri boşaltmasıdır”.


Politoloq Elxan Şahinoğlunun fikrincə, Azərbaycanla Ermənistan arasındakı müharibə təhlükəsini görmək üçün mütəxəssis olmağa ehtiyac yoxdur:

Azərbaycanla Ermənistan arasındakı müharibə təhlükəsini görmək üçün mütəxəssis olmağa ehtiyac yoxdur. Çünki real olaraq görünür ki, heç kim Dağlıq Qarabağ ərazisindəki rayonların boşaldılması üçün  Ermənistana təsir etmək istəmir. Belə olan halda atəşkəsin yenidən pozulması və genişmiqyaslı hərbi toqquşmaların baş verməsi halı artır. Rusiyanin Ermənistana təsir etmək fikri olmadığına görə tərəfləri danışıqlar masasına oturtmur. 

Əgər Rusiyanın belə fikir olsaydı, danışıqlar çoxdan başlamışdı. Çünki əsas məsələ Ermənistanın hansısa şərt irəli sürmədən Dağlıq Qarabağdakı əraziləri boşaltmasıdır. Ermənistana buna məcbur etməyin tək yolu güc yoludur. Dağlıq Qarabağda böyük müharibənin başlaması Qərb və Rusiyanın Cənubi Qafqazda üz-üzə gəlməsi ilə əlaqəli ola bilməz. Sadəcə müharibə başlasa, burada böyük dövlətlərin maraqları da kəsişəcək. Əgər Rusiya Ermənistanı hərbi nöqteyi-nəzərdən dəstəkləsə, Türkiyə, Pakistan, Ərəb ölkələri də Azərbaycanı dəstələyəcək. Nəticədə müharibənin genişmiqyaslı olmasına şərait yarnacaq.  

Azərbaycan seçim etməlidir. Çünki bütün hallarda Rusiya Ermənistana dəstək verir və verəcək. Belə olan halda Azərbaycan Qərbin hərbi təhlükəsizliyində yer almalıdır. Düşünürəm ki, ilk addım kimi Türkiyə ilə hərbi əməkdaşlığı genişləndirmək və məsələ daha da aktuallaşarsa, Türkiyə hərbi bazalarını Azərbaycanda yerləşdirmək lazımdır”. 

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar