Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qarabağ münaqişəsinin müharibə yolu ilə həlli mümkün deyil”

“ABŞ Ermənistan və Azərbaycan prezidentlərinin oktyabrın 16-da Cenevrə görüşündən sonra verilən birgə bəyanatı alqışlayır”


Bunu ABŞ-ın ATƏT -dəki missiyasının müvəqqəti işlər vəkili Harri Kamian ATƏT Daimi Şurasında ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə keçirilmiş iclasda deyib.

O bildirib ki, bu sammit tərəflərin münaqişənin sülh yolu ilə həlli ilə bağlı danışıqlar aparmağa yenidən hazır olduğuna dair vacib siqnaldır: “Biz şadıq ki, dövlət başçıları təmas xəttində gərginliyi azaltmaq üçün təcili tədbirlər görməyə razılaşıblar. Tərəfləri bu müsbət impuls üzərində danışıqlar aparmağa və qarşılıqlı ittihamlardan çəkinməyə təşviq edirik”.

H. Kamian qeyd edib ki, ABŞ tərəfləri 2016-cı ilin may və iyun aylarında Vyana və Sankt-Peterburqda keçirilmiş zirvə görüşlərində razılaşdırılmış tədbirləri həyata keçirməyə çağırır. ABŞ həmçinin tərəfləri ATƏT-in insidentlərin araşdırılması mexanizminin yaradılması təklifi üzərində işləməyə dəvət edir.

Diplomat əlavə edib ki, ABŞ ermənilər və azərbaycanlılar arasında dialoqun genişləndirilməsini və etimad tədbirlərinin həyata keçirilməsini dəstəkləyir: “Dialoqa qatılanlar geri qayıdanda ölkələrində təzyiqlə üzləşmək qorxusu olmadan addımlar atmalıdır”.

H. Kamian sonda əlavə edib ki, ABŞ bu münaqişənin çox uzanması barədə tərəflərin məyusluğunu bölüşür və inanır ki, status-kvo qəbuledilməzdir: “Eyni zamanda, hamımız bu fikirdəyik ki, bu münaqişənin hərbi yolla həlli mümkün deyil. ABŞ ATƏT-in Minsk qrupunun həmsədri kimi münaqişənin Helsinki Yekun Aktında əksini tapan ərazi bütövlüyü, öz müqəddəratını təyinetmə və bərabər hüquqların təmin olunması prinsipləri nəzərə alınaraq sülh yolu ilə həlli üçün tərəflərlə işləməyə hazırdır”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar