Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qarabağ münaqişəsində Azərbaycana dəstəyimiz davam edəcək”


Azərbaycan səfiri Əli Əlizadə Pakistan Senatının sədri Mian Rza Rəbbani ilə görüşüb


Səfirlikdən verilən məlumata görə, Ə.Əlizadə səfir iki ölkə arasında mövcud olan sıx əlaqələri vurğulayıb, iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin yaranmasında parlamentlərin önəmli rolunun olduğunu qeyd edib.

Azərbaycan torpaqlarını işğal etdiyi üçün Ermənistanı bir dövlət kimi tanımadığına və Ermənistanın Azərbaycana qarşı təcavüzü üzrə İslam Əməkdaşlıq Təşkilatının Təmas qrupuna qoşulmasına görə də Pakistana təşəkkür edən səfir Azərbaycanın da Kəşmir üzrə İslam Əməkdaşlıq Təşkilatının Təmas qrupunun üzvü olduğunu, Azərbaycanın Kəşmir məsələsinin BMT-nin TŞ-nın qəbul edilmiş qətnamələri əsasında tezliklə həll olunmasının tərəfdarı olduğunu diqqətə çatdırıb.

Təcavüzkar Ermənistan tərəfindən xalqımıza qarşı həyata keçirilmiş Xocalı soyqırımının Azərbaycan və bütün bəşəriyyət üçün ağlasığmaz bir cinayət olduğunu bildirən səfir soyqırımın tanınması və bu soyqrımı törədənlərin məsuliyyətə cəlb edilməsi, Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi və Ermənistanın işğal olunmuş Azərbaycan torpaqlarından dərhal çıxmasını tələb edən qətnamələrin vaxtı ilə Pakistan Senatı tərəfindən qəbul edilməsinin Azərbaycan dövləti və xalqı tərəfindən yüksək qiymətləndirildiyini bildirib.

M.R.Rəbbani Dağlıq Qarabağ münaqişəsində Azərbaycana dəstəyin davam edəcəyini, 25-ci ildönümü tamam olacaq Xocalı soyqrımının unudulmadığını bildirib. Pakistan Senatında Pakistan-Azərbaycan dostluq qrupunun təsis olunduğunu bildirən Senat sədri parlamentlərarası əlaqələrin daha da artırılacağını diqqətə çatdırıb.

Görüşdə həmçinin dostluq qrupları arasında əlaqələrin daha da artırılması, parlamentlərarası qarşılıqlı yüksək səviyyəli səfərlərin həyata keçirilməsi ilə də bağlı fikir mübadiləsi aparılıb.  (Report.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar