Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qarabağ münaqişəsi regional fəlakətə çevrilə bilər”


Dağlıq Qarabağ münaqişəsi zonasında yeni gərginlik regional fəlakətə çevrilə bilər


PİA.AZ-ın Trend-ə istinadən verdiyi məlumatına görə, bunu Beynəlxalq Böhran Qrupu proqramının Avropa və Mərkəzi Asiya üzrə rəhbəri Maqdalena Qrono "Dağlıq Qarabağda siyasət və təhlükəsizlik bir-birini girov saxlayır" adlı məqaləsində qeyd edib.

M.Qrono qeyd edib ki, ErmənistanAzərbaycanın müvafiq olaraq Rusiya və Türkiyə ilə müdafiə, strateji tərəfdaşlıq və qarşılıqlı dəstək üzrə müqavilələrini nəzərə alsaq, ən pis halda regional fəlakətə səbəb olacaq yeni gərginliyin qarşısını diplomatiyanın ala biləcəyinə dair ümid var.

O, həmçinin qeyd edib ki, yanvarın 18-də AzərbaycanErmənistanın xarici işlər nazirləri arasında keçiriləcək görüşdə ATƏT müşahidəçilərinin sayının artırılması məsələsi müzakirə ediləcək.

M.Qrono xatırladıb ki, AzərbaycanErmənistan prezidentlərinin ötən ilin oktyabrında keçirilən görüşü zamanı onlar substantiv danışıqların aparılmasına, təhlükəsizlik və etimad yaratma tədbirlərinə sadiqliklərini bəyan ediblər:

"Lakin belə bir risk də var ki, görüşlər nəticəsiz olarsa, bu, diplomatik danışıqların pozulmasına, münaqişənin güc yolu ilə həllinin düşünülməsinə gətirib çıxara bilər. Bundan yayınmaq üçün təhlükəsizlik sahəsində irəliləyiş əldə olunmalı, eyni zamanda, siyasi müzakirələr bərpa edilməlidir. Ancaq bir çox münaqişələrdə olduğu kimi, siyasət və təhlükəsizlik bir-birini girov alıb. Ermənistan tərəfi münaqişənin gələcək həllində substantiv danışıqların bərpasından öncə təhlükəsizlik və etimad yaratma tədbirlərinin görülməsini təkid edir. Azərbaycan isə öz növbəsində, gələcək razılaşma üzrə danışıqlar aparmadan "status-kvo"nun möhkəmlənməsindən narahat olaraq, Ermənistanın istədiyi tədbirlərə həvəssiz yanaşır”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar