Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qarabağ münaqişəsi kimlər üçünsə çirkli biznesdir”


Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Qarabağ münaqişəsinin hazırkı vəziyyəti ilə bağlı məqalə yazıb


PİA.AZ Azvision.az-a istinadən bildirir ki, Ramiz Mehdiyev məqaləsində 2016-cı ilin aprel hadisələrindən sonra ErmənistanAzərbaycan təmas xəttindəki gərgin vəziyyətdə heç bir əhəmiyyətli dəyişikliyin olmadığını yazır.

“Nə prezidentlərin görüşü, nə də ATƏT-in Minsk Qrupunun vasitəçilik fəaliyyəti lazımi nəticələr vermədi. Qarabağ probleminin həllində, danışıqların bərpa olunmasında ən nüfuzlu beynəlxalq təşkilatlar və ayrı-ayrı siyasi xadimlər iştirak edirlər. Lakin hələlik heç kim Dağlıq Qarabağda atəşkəs rejiminin gələcəkdə ədalətli sülhlə yekunlaşacağına zəmanət verə bilmir”,- deyə akademik məqaləsində qeyd edib.

Ramiz Mehdiyev vurğulayır ki, faktik olaraq müharibə nə cəbhədə (işğal edilən torpaqlar indiyə qədər azad olunmayıb), nə diplomatik, nə də media məkanında bitib: “Kiməsə Dağlıq Qarabağ münaqişəsinin qalması həm biznes, həm də siyasət yürütmək imkanı – çirkli biznes və çirkli siyasət,- baxımından sərfəlidir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ErmənistanAzərbaycan xalqlarının qarşılıqlı əlaqələrində qanayan yaradır. Bu münaqişə artıq uzun illərdir ki, kəskin və ciddi problem olaraq qalır. ErmənistanDağlıq Qarabağ separatçıların günahı ucbatından başlayan müharibənin dəyəri olduqca yüksək oldu, bunu unutmaq olmaz. Bəlkə də Ermənistan prezidenti Serj Sarkisyanın öz həmvətənlərinin fikrinə qulaq asmağın və işğal olunan Azərbaycan torpaqlarının azad olunması istiqamətində konkret tədbirlər görməsinin vaxtı çatıb?”.

Ermənistan Vətəndaş Cəmiyyəti kontekstində ErmənistanAzərbaycan, Dağlıq Qarabağ münaqişəsi” adlanan məqalənin tam versiyasını BURADAN oxuya bilərsiniz.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar