Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qarabağ məsələsi Tramp üçün maraqlı deyil” – Maykl Bom


Trampın prezidentliyi dövründə ABŞ-ın Qarabağ münaqişəsinin həllində iştirakı minimuma endiriləcək


Bunu virtualaz.org-a eksklüziv müsahibəsində amerikalı politoloq Maykl Bom deyib

Dağlıq Qarabağ məsələsinin həlli Obama administrasiyasını çox da narahat etmirdi, Ştatların daxili problemlərinin prioritet olduğunu bəyan etmiş Trampın dövründə isə Vaşinqtonun bu münaqişənin tənzimlənməsində iştirakı daha az olacaq”, – politoloq bildirib.

Bom qeyd edir ki, Ermənistan-Azərbaycan qarşıdurması da daxil olmaqla, postsovet məkanında münaqişələrin siyasi yollarla tənzimlənməsi ABŞ-ın seçilmiş prezidentinin xarici siyasət maraqlarının əsas blokuna daxil deyil.

“Buna baxmayaraq, Vaşinqton münaqişənin kəskinləşəcəyi təqdirdə, Azərbaycanla Ermənistan arasında hərbi qarşıdurma bərpa ediləcəyi hallarda fəallıq nümayiş etdirə bilər”, – amerikalı ekspert güman edir.

Bununla birgə, o hesab edir ki, Azərbaycan və daha da çox Gürcüstan Cənubi Qafqazda ABŞ-ın vacib tərəfdaşlarıdır.

“Gürcüstan ABŞ-a loyallığını daha açıq şəkildə nümayiş etdirir, ələlxüsus da Amerikanın rəhbərlik etdiyi İraq və Əfqanıstan əməliyyatlarında iştirakı ilə. Azərbaycan isə ABŞRusiya ilə münasibətlərində balansı qorumağa çalışır”, – bununla politoloq Gürcüstanın prioritet mövqeyini izah edib və əlavə edib ki, digər geosiyasi dünya mərkəzlərinin iştirakı olmadan Rusiya təkbaşına Qarabağ münaqişəsini tənzimləyə bilməz.

Ümumilikdə isə, Bom vurğulayıb ki, respublikaçılar hökuməti xüsusilə ticari-iqtisadi sahədə Azərbaycanla münasibətlərin inkişafında maraqlıdır.


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar