Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qarabağ kürd və Yaxın Şərq kimi həlli mümkün olmayan münaqişədir”

Rusiyanın “Kommersant” qəzeti yazır ki, Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlar prosesinin yenidən nəzərəçarpacaq dərəcədə fəallaşdığı görünür.


Gələn həftə Rusiya xarici işlər naziri Sergey Lavrov Bakıya və İrəvana səfər edəcək. 

Həmin ərəfədə isə Moskvada RusiyaErmənistan prezidentləri məsələni müzakirə ediblər. Habelə AzərbaycanErmənistan xarici işlər nazirləri Moskvada Minsk Qrupunun həmsədrləri ilə görüşüblər: “Cenevrədəki oktyabr sammitindən sonra AzərbaycanErmənistan prezidentləri rusiyalı həmkarları Vladimir Putinlə ayrılıqda görüşüb: İlham Əliyevİranda, Serj Sərkisyanla Moskvada. Publik bəyanatlarında rəsmi şəxslər nizamlamaya can atdıqlarını deyirlər, lakin danışıqlara yaxın olan diplomatlar etiraf edirlər: sülh razılaşması hələ birmənalı şəkildə çox uzaqdır. Hələlik isə tərəflər bir sıra işçi təklifləri, habelə onların mümkün keyfiyyət və zaman göstəricilərini müzakirə edirlər”-qəzet yazır.

“Kommersant” bildirir ki, indiki işçi təkliflər Madrid prinsiplərinin modernizə edilmiş versiyasından ibarətdir. “Qarabağ məsələsi kürd və Yaxın Şərq münaqişələri kimi prinsipcə həlli mümkün olmayan münaqişədir”-bunu qəzetə açıqlamasında “Sivilzasiyalar dialoqu” İnstitutunun rəhbəri Aleksey Malaşenko deyir: “Biz hansısa ümumi yanaşmalar tapıb bunlar barədə danışa bilərik. Lakin Madrid prinsipləri Qarabağ məsələsinin necə həll edilməli olduğunu göstərir. Azərbaycan Qarabağın müstəqilliyini tanımaqdan nə qədər ki, imtina edir, heç bir həll mümkün deyil. Ermənistan isə öz növbəsində Qarabağın Azərbaycanın tərkibinə qayıtmasını qəbul etmir. Bununla belə AzərbaycanErmənistan bundan sonra da danışıqlar prosesi ilə oynayacaq, çünki bu, daxili konsolidasiya məsələsidir”-Malaşenko vurğulayıb.

“Strateji kommunikasiyalar” Bürosunun direktor müavini Yevsey Vaslyev isə “Russia Today”a şərhində deyib ki, Lavrovun Bakıya və İrəvana səfərindən heç nə gözləmək lazım deyil. “Çünki Rusiya diplomatiyasının hazırkı səyləri status-kvonun saxlanılmasına yönəldilib, hansı ki, status-kvonu saxlamaq göründüyündən daha ağırdır”-o deyir.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Soçidə prezident Putinlə Qarabağ məsələsini müzakirə etdiyini, lakin Putinin bu məsələnin həllinə ümid bəsləmədiyini eşitdiyini bildirib. (Virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - Video    

Ən çox oxunanalar