Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qarabağ danışıqları tezliklə başa çatmayacaq”

“Danışıqlarla bağlı təcrübəmiz göstərir ki, onlar tezliklə başa çatmayacaq”


Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
 
O bildirib ki, 2007-ci ildən etibarən münaqişənin həlli ilə bağlı bütün komponentlər bir sıra sənədlərdə öz əksini tapıb: “O zaman, həmçinin 2009 və 2011-ci illərdə olan sənədlər ATƏT baş katibinə məruzə edilib. Bunlar həmsədrlərin təklifləri kimi masa üzərindədir və paket şəklindədir. Bunlardan bir və ya ikisini götürmək və demək ki, gəlin bu istiqamətdə müzakirə aparaq, çətindir. Çünki o zaman balans itir. Belə olan halda istəyimiz nəticə verməyəcək. Hər iki ölkə prezidenti ötən ay Cenevrədə baş tutan görüşü müsbət qiymətləndirib. Çox yaxşı olardı ki, bu pozitiv yanaşma bizə münaqişənin həlli istiqamətində irəliləmək üçün kömək etsin”.
 
Lavrov qeyd edib ki, həmsədrlər bu istiqamətdə iş aparır: “Moskvada həmsədrlərin AzərbaycanErmənistan xarici işlər nazirləri ilə ayrılıqda görüşü oldu. Biz amerikalı və fransalı həmkarlarımızla birlikdə bu istiqamətdə hazırda hansı vəziyyətdə olduğumuzu təhlil edəcəyik. Çalışacağıq ki, münaqişənin həlli istiqamətində irəliləyişə nail olmaq üçün səylər göstərək. Mən xüsusi optimizm nümayiş etdirmək istəmirəm. Problem mürəkkəbdir, danışıqlarla bağlı təcrübəmiz göstərir ki, onlar tezliklə başa çatmayacaq”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar