Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qara bazar”da dollar hansı səbəbdən bahalaşır?


Əkrəm Həsənov: “İndiki durumda valyutadəyişmə məntəqələri bərpa edilsə belə, bu “qara bazar”da dolların bahalaşmasının qarşısını ala bilməyəcək”


““Qara bazar”da dolların bahalaşması əsasən yaxın günlərdə dolların bahalaşacağı gözləntiləri ilə bağlıdır”.

Bu sözləri bank üzrə ekspert Əkrəm Həsənov “qara bazar”da dolların bahalaşmasına münasibət bildirərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

Qeyd edək ki, son 3 gündə ardıcıl olaraq “qara bazar”da dollar bahalaşmaqda davam edir və artıq yenidən 1.70 manat həddinə yaxınlaşır. Lakin bu bahalaşma banklarda müşahidə olunmur. “Qara bazar”da dolların bahalaşmasının səbəbi nədir? Valyutadəyişmə məntəqələrinin bərpa olunmasının dolların məzənnəsinə hanısa təsiri ola bilərmi və “qara bazar”ın aktivliyinin qarşısını bu şəkildə almaq mümkün olacaqmı?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı bank üzrə ekspert Əkrəm Həsənovun fikirlərini öyrənib.

Картинки по запросу əkrəm həsənov
Əkrəm Həsənov: “Bundan sonrakı dönəmdə dollar ucuzlaşmayacaq, əksinə bahalaşacaq”.


Valyutadəyişmə məntəqələrinin yenidən bərpa edilməsinin “qara bazar”da dolların bahalaşmasının qarşısını almayacağını qeyd edən Əkrəm Həsənova görə, yaxın günlərdə dolların bahaıaşacağı gözlənilir:

“”Qara bazar”da dolların bahalaşması əsasən yaxın günlərdə dolların bahalaşacağı gözləntiləri ilə bağlıdır. Bankların məzənnəsinin aşağı olmasına baxmayaraq, kifayət qədər dollar satmırlar. Çünki artıq aydın olur ki, bundan sonrakı dönəmdə dollar ucuzlaşmayacaq, əksinə bahalaşacaq.

Yəni, dollar Mərkəzi Bakın məzənnəsi olan 1.70 Azn-dən aşağı düşməyəcək. Lakin indiki durumda valyutadəyişmə məntəqələri bərpa edilsə belə, bu “qara bazar”da dolların bahalaşmasının qarşısını ala bilməyəcək”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar