Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qara Yunus”la birgə 50 azərbaycanlı kriminal avtoritet tutuldu


Rusiya hüquq-mühafizə orqanları Moskvadakı restoranlardan birində keçirilən “sxodka”ya-kriminal avtoritetlərin toplantısına basqın təşkil edib


Virtualaz.org saytı xəbər verir ki, Rusiya DİN-in mətbuat xidməti əməliyyatda 50 kriminal avtoritetin yaxalandığını açıqlayıb. Onların hamısı azərbaycanlılardır.

Saxlanılanlar arasında 54 yaşlı Azərbaycan vətəndaşı, “Qara Yunus” ləqəbli Yunus Nəzərov da var. İstintaqın bildirdiyinə görə, kriminal avtoritetlər restorana “obşak” üçün pulların yığılması məsələsini və vəsaitlərin bölüşdürülməsini, habelə həbsxanada cəza çəkən kriminal elementlərin maliyyələşdirilməsini müzakirə ediblər.

Əməliyyatı Rusiya DİN-in Baş cinayət axtarış idarəsi nazirliyin “Rıs” xüsusi təyinatlı dəstəsi ilə birlikdə keçirib.

“Praym Crime” agentliyinin məlumatına görə, sxodka Moskvanın Altaysk küçəsindəki “Neolit” kafesində keçirilirdi. Saxlanılanlar hamısı Yunusun adamları olub və bildirilir ki, onlar azərbaycanlı kriminal avtoritetin iki gün əvvəl tamam olan ad gününü qeyd etmək üçün toplaşıblar.

Kriminal aləmdə həm də “Yunus Yasamalski” kimi tanınan Yunus Nəzərov əvvəllər 20 il həbs cəzası çəkib. Məlumata görə, bu dəfə o, həbsdə yatmalı olmayacaq. Y.Nəzərovu Rusiyada qeyri-leqal qaldığı məlum olub və o, Federal Miqrasiya Xidmətinə təhvil verilib. Gözlənilir ki, onu Azərbaycana deportasiya edəcəklər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Müharibə başlayandan bəri Belqorod vilayətində 120 nəfər ölüb

Xüsusi zolaqların çoxalması velosiped alanların sayını artırdı - Video

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Ən çox oxunanalar