Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qanun“ Nəşrlər Evində oğurluq baş verib

"Qanun" Nəşrlər Evində oğurluq hadisəsi baş verib. Bu barədə "Qanun" Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu özünün facebook hesabından məlumat paylaşıb


Musavat.com həmin məlumatı olduğu kimi diqqətinizə çatdırır:

"Öncə onu deyim ki, mən bu postu nədənsə xəcalət təri tökə-tökə yazıram. Bu gün səhər tezdən qara xəbər gəldi ki, deyəsən, nəşriyyata oğru girib. 

QANUNun əsas qapısı açılmış, mühasibatlığın qıfılı sındırılmışdı, şkaflar ələk-vələk edilmişdi. Ən üst mərtəbənin banından tavan dağıdılmış, “Əli və Nino”nun seyfi yarılmışdı. Eyni mərtəbədə olan başqa bir otağın əşyaları dağıdılmışdı. Daha bir qapıya lom salınmışdı. Bir sözlə, nəşriyyatın binasını gecə uzunu yaxşıca yağmalamışdılar.

İşçilər gəldilər, polisləri çağırdıq, bəlli oldu ki, bizim kassadan 3 mindən çox pul aparılıb, “Əli və Nino”dan isə 213 manat 20 qəpik. Kameralara baxdıq, iki maskalı şəxsin görüntüsü var idi. 

Tarixə baxdıq - 27 sentyabr. Düz bir il əvvəl eyni gündə, eyni hadisə baş vermişdi. O zaman açılmış cinayət işi sanki bir futbol topu kimi prokurorluqla polis arasında qaldı, sıxıldı, əzildi və günlərin bir günü havaya qovuşdu, yox oldu. Nə prokurorluqdan bir xəbər gəldi, nə polisdən.
Biz ümidimizi itirməmişik. Yenə, bu dəfə də polisə sığındıq. 

Amma əgər keçən il eyni vaxtda baş verən o əsrin oğurluğu açılsaydı, bu gün bu hadisə baş verməzdi. Bomba axtarmaq adıyla nəşriyyatımız bağlanmasaydı, vergilər tərəfindən 150 min qondarma cərimə edilməsəydik, gömrükdə kitablarımız həbsə alınmasaydı, bir sözlə, qanun işləsəydi, hüququn aliliyi qorunsaydı, bu gün öyrəncəli oğruların asan gəlir mənbəyinə çevrilməzdik".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar